Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar RENKİNQ
Bu ilin noyabrın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər 14 milyard 265 milyon 991 min manat təşkil edib.
Day.Az xəbər verir ki, regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə, bunun 12 milyard 645 milyon 875 min manatı Bakı iqtisadi rayonuna məxsusdur.
Dövr ərzində regionlar arasında bankda əmanəti olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 451 milyon 871 min manat pulu var.
Gəncə-Daşkəsən iqtisadi rayonunda yaşayan əhalinin banklarda 224 milyon 93 min, Quba-Xaçmaz iqtisadi rayonunda yaşayanlar isə 138 milyon 604 min manat bank əmanətinə sahibdir.
Digər regionlar üzrə göstəricini təqdim edirik:
Regionlar üzrə cəlb olunmuş əmanətlər
Regionların adı
Cəmi (min manat)
Orta % dərəcəsi
Bakı iqtisadi rayonu
12,645,875
4.15%
Abşeron-Xızı iqtisadi rayonu
451,871
6.27%
Gəncə-Daşkəsən iqtisadi rayonu
224,093
5.99%
Quba-Xaçmaz iqtisadi rayonu
138,604
5.24%
Lənkəran-Astara iqtisadi rayonu
127,209
5.10%
Şəki-Zaqatala iqtisadi rayonu
125,003
4.29%
Mərkəzi Aran iqtisadi rayonu
118,121
5.16%
Qazax-Tovuz iqtisadi rayonu
113,145
5.56%
Qarabağ iqtisadi rayonu
92,175
4.29%
Şirvan-Salyan iqtisadi rayonu
67,968
4.16%
Naxçıvan iqtisadi rayonu
67,631
3.65%
Mil-Muğan iqtisadi rayonu
50,691
3.18%
Dağlıq Şirvan iqtisadi rayonu
43,605
4.79%
Şərqi Zəngəzur iqtisadi rayonu
-
-
Azərbaycan Respublikası
14,265,991
4.28%