Kolleclərdə qiyabi təhsili distant təhsil əvəzləyəcək Yeni qaydalar
Как сообщает Icma.az, ссылаясь на сайт Day.az.
2027-2030-cu illəri əhatə edən dövrdə, xüsusilə dövrün sonuna doğru kolleclərə qəbulun əsasən 11-ci sinif bazasından aparılması planlaşdırılır. 9-cu sinifdən qəbul isə peşə istiqaməti üzrə həyata keçiriləcək.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman 2026/2027-ci tədris ili: Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə həsr edilmiş tədbirdə deyib.
O bildirib ki, eyni zamanda qiyabi təhsil forması mərhələli şəkildə tamamilə məhdudlaşdırılır və aradan qaldırılır.
"Bunun əvəzində 2027-2030-cu illər üçün ilkin layihədə hibrid-distant təhsil formasının işlənməsi və tətbiqinə başlanılması nəzərdə tutulub. Bu modelin əvvəlcə pilot layihə kimi ali təhsil müəssisələrində, daha sonra isə digər təhsil pillələrində mərhələli tətbiqi nəzərdən keçirilir.
9-cu sinifdən məhdudlaşdırmalar və qiyabi təhsilin ləğvi beynəlxalq təcrübə və müasir tələblərlə bağlıdır",- deyə o qeyd edib.
Другие новости на эту тему:
Просмотров:95
Эта новость заархивирована с источника 20 Ноября 2026 15:49 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















