Icma.az
close
up
AZ
Menu
COP29 müddətində bu şəhərlərdə peşə təhsili distant formata keçir RƏSMİ

COP29 müddətində bu şəhərlərdə peşə təhsili distant formata keçir RƏSMİ

Согласно сайту Day.az, передает Icma.az.

2024-cü ilin 14-22 noyabr tarixləri arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formatda təşkil olunacaq. Bu qərar, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təhsil müəssisələrinin fəaliyyətinin səmərəli davam etdirilməsi məqsədilə qəbul edilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Day.Az-a verilən məlumata görə, bu istiqamətdə 7 noyabr tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrinin rəhbərləri ilə onlayn görüş təşkil edilib. Görüşdə bu dövr ərzində müəssisələrin məsafədən tədrisin təşkili üçün uyğun platformanı (Microsoft Teams, Zoom və s.) müəyyən etməsi, seçilən platformanın işçilər və şagirdlər üçün rahat və əlçatan olması və texniki problemlərin həlli üçün lazımi texniki dəstəyin təmin edilməsi mövzuları müzakirə edilib. Qeyd edilən müddətdə ümumi işçi sayının 30%-ə qədərinin növbəlilik əsasında işə cəlb olunması, 70%-nin isə məsafədən (yaşayış yerini tərk etmədən) işləməsinin təmin edilməli olduğu müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb.

Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı müzakirələr - Ekspertlər nə deyir? - ƏTRAFLI BURADA

Qeyd edək ki, iş və istirahət günlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq, tədris prosesinin fasiləsizliyini qorumaq məqsədilə 16 və 23 noyabr (şənbə günləri) üçün nəzərdə tutulan dərslər, müvafiq olaraq, 12 və 13 noyabr tarixlərində nəzərdə tutulmuş dərs cədvəlinə uyğun təşkil ediləcək.

Не пропустите дальнейшие события, следите за актуальными новостями на Icma.az.
seeПросмотров:175
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 07 Ноября 2024 17:56
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас
newsПоследние новости
Самые свежие и актуальные события дня