Icma.az
close
up
AZ
Menu

Украинские дроны поразили полигон РФ, с которого запускаются ракеты Орешник

Дугин: Страны Центральной Азии и Южного Кавказа не должны быть суверенными Minval Politika

Побег иранских дипломатов на Запад наш комментарий

Центральная Азия: кому велено играть со своим соловьем , а кому пересмотреть оборонную доктрину Minval Politika

Ставка на интеграцию: Турция одобрила план объединения Сирии

Связь с Турцией: Грузия достраивает дороги для Азербайджана и Армении

Во Франции у воров медного кабеля конфисковали усадьбу и активы на €4,5 млн

На Гоа арестован россиянин по подозрению в серии убийств

Власти Мозамбика объявили красный уровень опасности из за наводнений

Авианосная группа на подходе: США стягивают силу к Ирану

Рашад Эюбов: Впереди нас ждет много работы

Азер Багиров: Снова дали шанс молодежи и новичкам

Одно преступление, разные наказания: гражданина Азербайджана в колонию, россиянку на свободу Minval Politika

Президент Сирии провел переговоры с лидером сирийских курдов

Welt: у бундесвера нет ни одной действительно боеготовой бригады

Спасен рабочий, упавший на 6 метровую глубину Minval Politika

Армения наконец берется за проект TRIPP оппозиция вновь паникует АНАЛИТИКА от Лейлы Таривердиевой

Китайский спецназ провел учения по сценарию захвата руководства Тайваня

Судьба Гвардиолы в Манчестер Сити решится в ближайшие месяцы Minval Politika

Камеры наблюдения помогли раскрыть преступление в Самухском районе Minval Politika

Makron rejimi Cənubi Qafqazda söz sahibi olmağa can atır və bunu yeni münaqişə yaratmağa çalışaraq edir Azər Qarayev

Makron rejimi Cənubi Qafqazda söz sahibi olmağa can atır və bunu yeni münaqişə yaratmağa çalışaraq edir Azər Qarayev

Согласно сайту Day.az, передает Icma.az.

Azər Qarayev, Politoloq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsi mühüm mesajlar və çağırışlarla zəngin oldu. Bir sıra mövzulara toxunulan müsahibədə dövlət başçısı konkret, ardıcıl və vacib cavablar səsləndirdi.

Regiondakı vəziyyətə və Azərbaycanla Rusiya arasında münasibətlərə toxunan Prezident İlham Əliyev qeyd edib ki, regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Məhz dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır. Bizim ölkələr yalnız siyasi müstəvidə deyil, bütün sahələrdə effektiv tərəfdaşlıq edirlər. Bura həm siyasi, həm iqtisadi sahə, həm də mədəniyyət sahələri daxildir. Qeyd etmək olar ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyəsi 3 milyard 942 milyon 426 min ABŞ dolları təşkil edib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz daha çoxdur.

Rusiya ilə NATO arasında mümkün ola biləcək münaqişə barədə danışan dövlət başçısı işlərin NATO ilə Rusiya arasında açıq-aşkar qarşıdurmaya gətirib çıxarmayacağına ümidvar olduğunu bildirib. Bildiyimiz kimi, Rusiya ilə NATO ölkələri arasında birbaşa qarşıdurma yaranarsa, bu növbəti dünya müharibəsi demək olar. Belə bir ssenari nə Rusiya üçün, nə də NATO ölkələri üçün müsbət olar. Bundan əlavə, üçüncü ölkələr də, şübhəsiz ki, bundan zərər görəcək. Zərər görməkdən əlavə, hər bir ölkə üçün bu müharibə müəyyən təhlükə mənbəyi ola bilər.

Müsahibədə, həmçinin, Türkiyənin Azərbaycan ərazisində hərbi bazasının qurulmasının mümkünlüyünə də toxunuldu. Prezident İlham Əliyev buna heç bir əsasın olmadığını diqqətə çatdırdı. İki ölkə arasında müttəfiqlik haqqında bəyannamə zatən hərbi yardımı nəzərdə tutur. Bu isə hərbi bazanın açılmasını gərəksiz addıma çevirir.

Müsahibədə Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanmasının qarşısını alan məqamlara da toxunub. Azərbaycanla Ermənistan sülh sazişi üzrə böyük irəliləyiş əldə edib. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb. Prezident İlham Əliyev razılaşdırılmayan həmin 2 maddəni də açıqladı.

Bu maddələrdən biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Digər maddə isə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır.

Hər iki maddə çox əhəmiyyətlidir və vacib məqamları əhatə edir. Belə ki, Azərbaycan bu yaxınlarda vurulmuş zərərin təhlilini başa çatdırıb. Bu, dövlət başçısının da qeyd etdiyi kimi, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün uyğun olar. İkinci maddə ilə bağlı isə məsələ çox aydındır. Daha öncə Avropa İttifaqının müşahidəçilərinin iki ay müddətində məhdud kontingent ilə Ermənistan ərazisində bizimlə sərhəddə yerləşdirilməsi məsələsində razılaşmışdıq. Lakin daha sonra bizim razılığımız alınmadan kontingentin sayı və qalma müddəti artırıldı. Bununla da yetinməyib, Aİ müşahidəçilərinə Kanada nümayəndələri də qoşuldu, bunu artıq Aİ yox, NATO müşahidəçiləri etdi.

Yəni, aydın səbəblərdən bu iki maddə Azərbaycan üçün önəmlidir və sülh sazişinin bağlanması üçün onların razılaşdırılması şərtdir.

Dövlət başçısı Gürcüstandakı proseslərə də toxunaraq, orada vəziyyətin artıq sabitləşdiyini diqqətə çatdırıb. Gürcüstanın Azərbaycan üçün çox mühüm tərəfdaş olduğunu vurğulayan dövlət başçısı, Gürcüstanda sabitliyin pozulmasının və ya sabitliyin pozulması təhlükəsinin Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərli olduğunu qeyd edib.

Gürcüstanda baş verə biləcək mənfi ssenarilər, təbii ki, Azərbaycana da mənfi təsir göstərə bilər. Bu da səbəblərdən biridir ki, bizim ölkə oradakı prosesləri diqqətlə izləyir. Dövlət başçısının da vurğuladığı kimi, Gürcüstan Qafqaz uğrunda döyüşlərdə mühüm amildir.

Fransanın regiondakı işlərə müdaxiləsi, uğursuz siyasəti və Makron rejiminin hakimiyyətdə qalmaq üçün hər yoldan istifadə etməsinə də toxunan Prezident İlham Əliyev regionda sülhün təmin olunmasına maneələr törədən faktorları qeyd edib, Fransanın Ermənistanı silahlandırmasını xüsusilə vurğulayıb. Belə ki, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar, onların iddia etdikləri kimi, sırf müdafiə xarakteri daşımır, həm də hücum məqsədli, yüksək dəqiqlikli öldürücü silahlardır. Bu, Azərbaycan üçün birbaşa təhlükə yaradır. Azərbaycan tərəfi bununla bağlı narahatlığını yalnız Fransa hökumətinə deyil, həm də ABŞ administrasiyasına dəfələrlə çatdırıb.

ABŞ-nin bizim regionda balanslı yanaşmadan imtina edərək, Ermənistana birtərəfli dəstək verməsi, qətiyyən regionda təhlükəsizliyə və sabitliyə xidmət etmir, əksinə, sülh imkanına xələl gətirir. Dövlət başçısının da qeyd etdiyi kimi, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşir və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar. Bu isə o deməkdir ki, Azərbaycan bu prosesi yalnız kənardan müşahidə etməklə kifayətlənə bilməz.

Buna cavab olaraq Azərbaycan tərəfi də hərbi büdcəsini artırır və gələn il bu büdcə rekord səviyyəyə çataraq, təxminən 5 milyard dollar olacaq.

Azərbaycan hər zaman regionda sülhün tərəfdarı olub, lakin Ermənistanın belə sürətlə silahlanması bizi də hərbi büdcəmizi artırmağa, daha sürətli silahlanmağa vadar edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına baxmayaraq, Azərbaycanla silah yarışında tab gətirməyəcək.

Təbii ki, Fransanın Ermənistanı dəstəkləməsi, onları silahlandırması bu ölkənin şəxsi məqsədləri üçündür. Makron rejimi Cənubi Qafqazda söz sahibi olmağa can atır və bunu regionda sülhə dəstək verməklə yox, yeni münaqişə yaratmağa çalışaraq edir. Yəni Parisin bölgəyə təsirini gücləndirmək cəhdləri çox vaxt mövcud münaqişələrin həllinə deyil, bunları qızışdırmağa yönəlib.

Bu yanaşma isə regional sabitliyə, uzunmüddətli sülhün təmin edilməsinə xidmət etmir və etməyəcək də.

Не пропустите дальнейшие события, следите за актуальными новостями на Icma.az.
seeПросмотров:74
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 19 Декабря 2024 19:11
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Украинские дроны поразили полигон РФ, с которого запускаются ракеты Орешник

17 Января 2026 20:58see390

Дугин: Страны Центральной Азии и Южного Кавказа не должны быть суверенными Minval Politika

18 Января 2026 11:18see313

Побег иранских дипломатов на Запад наш комментарий

19 Января 2026 02:46see215

Центральная Азия: кому велено играть со своим соловьем , а кому пересмотреть оборонную доктрину Minval Politika

17 Января 2026 22:08see185

Ставка на интеграцию: Турция одобрила план объединения Сирии

19 Января 2026 00:26see182

Связь с Турцией: Грузия достраивает дороги для Азербайджана и Армении

18 Января 2026 19:37see164

Во Франции у воров медного кабеля конфисковали усадьбу и активы на €4,5 млн

17 Января 2026 21:13see160

На Гоа арестован россиянин по подозрению в серии убийств

17 Января 2026 18:21see158

Власти Мозамбика объявили красный уровень опасности из за наводнений

18 Января 2026 02:06see150

Авианосная группа на подходе: США стягивают силу к Ирану

19 Января 2026 01:28see148

Рашад Эюбов: Впереди нас ждет много работы

17 Января 2026 23:02see148

Азер Багиров: Снова дали шанс молодежи и новичкам

17 Января 2026 17:45see144

Одно преступление, разные наказания: гражданина Азербайджана в колонию, россиянку на свободу Minval Politika

17 Января 2026 21:12see143

Президент Сирии провел переговоры с лидером сирийских курдов

18 Января 2026 16:28see141

Welt: у бундесвера нет ни одной действительно боеготовой бригады

18 Января 2026 12:40see139

Спасен рабочий, упавший на 6 метровую глубину Minval Politika

18 Января 2026 00:37see137

Армения наконец берется за проект TRIPP оппозиция вновь паникует АНАЛИТИКА от Лейлы Таривердиевой

19 Января 2026 08:04see134

Китайский спецназ провел учения по сценарию захвата руководства Тайваня

17 Января 2026 23:01see132

Судьба Гвардиолы в Манчестер Сити решится в ближайшие месяцы Minval Politika

19 Января 2026 00:49see131

Камеры наблюдения помогли раскрыть преступление в Самухском районе Minval Politika

18 Января 2026 11:33see126
newsПоследние новости
Самые свежие и актуальные события дня