Icma.az
close
up
RU
“Məhz Azərbaycan COP gündəliyində təhsilə xüsusilə önəm verib”

“Məhz Azərbaycan COP gündəliyində təhsilə xüsusilə önəm verib”

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev Braziliyanın Fortaleza şəhərində təşkil edilən UNESCO-nun Qlobal Təhsil Görüşü çərçivəsində bir sıra görüşlər keçirib.

“Qafqazinfo” xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin təhsil naziri Sara Al-Amiri, Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri Yusef bin Abdullah Al-Benyan, Qətərin təhsil və ali təhsil naziri Buthaina Bint Ali Al Jabr Al Nuaimi, Braziliyanın təhsil naziri Kamilo Santana və Çin Xalq Respublikası təhsil nazirinin müavini Çen Jie ilə keçirilən görüşlərdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) ilə bağlı fikir mübadiləsi aparılıb, ölkələr arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Bundan əlavə, görüşlər çərçivəsində təhsilin bütün pillələri üzrə əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi məsələlərinə toxunulub.

Görüşlər zamanı Emin Əmrullayev həmkarlarını ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP29) iştiraka dəvət edib.

UNESCO-nun Qlobal Təhsil Görüşü çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerlə keçirilən görüş zamanı isə Azərbaycanın PISA tədqiqatına iqlim savadlılığı üzrə meyarın əlavə olunmasına dair təşəbbüsü yüksək qiymətləndirilib və bu günədək COP gündəliyində məhz Azərbaycanın təhsilə xüsusilə önəm verdiyi vurğulanıb.

Qeyd edək ki, 31 oktyabr – 1 noyabr tarixlərində keçirilən UNESCO-nun Qlobal Təhsil Görüşündə təşkilata üzv ölkələrin təhsil və maliyyə nazirləri, UNESCO-nun baş direktorunun təhsil üzrə müavini Stefaniya Ciannini və bir sıra təşkilatların rəsmiləri iştirak ediblər.








Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri