Icma.az
close
up
RU
Niyə məhz Azərbaycan?

Niyə məhz Azərbaycan?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Suriya Ərəb Respublikasının Keçid Dövrü Prezidenti Əhməd əş-Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində Bakıda iki ölkə arasında energetika sahəsində qarşılıqlı əməkdaşlığı gücləndirəcək Memorandum imzalanı.

Eyni zamanda, SOCAR ilə Suriya hökuməti arasında ayrıca anlaşma sənədi də rəsmiləşdirilib. 

"Cebheinfo.az"a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, SOCAR ilə Suriya Respublikası arasında imzalanan anlaşma memorandumu çox əhəmiyyətlidir: 

"Suriya həm neftin çıxarılması, həm emalı, həm də onun başqa ölkələrə nəql olunması istiqamətində böyük təcrübəyə malik bir ölkəyə müraciət edib. Yəni Suriya məhz Azərbaycanın təcrübəsinə müraciət etməklə bir fürsət qazanıb. 

Məsələn, Suriya bu əməkdaşlığı Türkiyə ilə də qurmaq imkanına malik idi. Lakin Türkiyənin dənizdə dərin neft quyuları qazmaq və neft hasil etmək imkanı yoxdur. Azərbaycan isə bütün bu prosesləri icra edir- həm nefti, həm də qazı çıxarır, iri boru kəmərləri ilə müxtəlif istiqamətlərə nəql edir, eyni zamanda neftdən lazım olan məhsulları istehsal edərək bazarlara çıxarır". 

Politoloq qeyd edib ki, SOCAR-ın əsas operatorlarından biri olan BP eyni zamanda enerji bazarına ciddi təsir imkanlarına malik şirkətdir: 

"Bunu da nəzərə almaq lazımdır ki, SOCAR-a əsas operatorluq edən BP-dir. 

O, dünyanın ən böyük enerji şirkətlərindən biridir və digər şirkətlərə hökm etməyi bacarır. BP və digər nəhəng şirkətlərlə əməkdaşlıq Azərbaycanın bu sahədə üstünlüyünü daha da artırır. Beləliklə, Suriya SOCAR-a müraciət etməklə, hasil etdiyi nefti daha effektiv şəkildə istifadəsinə, həmçinin ondan maksimum gəlir əldə etməyə imkanı qazanır". 

Qabil Hüseynlinin sözlərinə görə, Suriyanı Azərbaycanın enerji əməkdaşlığına maraq göstərməyə sövq edən əsas amillərdən biri ədalətli yanaşma prinsipidir: 

"Suriyanı cəlb edən əsas məqam odur ki, Azərbaycan imperialist təfəkkürdə deyil, acgöz arzularla yaşamır. Neftin istismarı nəticəsində əldə olunan gəlirlər həm Azərbaycanın, həm də əməkdaşlıq etdiyi tərəfdaş ölkələrin maraqlarına uyğun şəkildə bölüşdürülür. 

SOCAR ilə bağlanan sazişlərdə tərəflər üçün ədalətli şərtlər təmin edilir və əldə olunan gəlirlər bərabər şəkildə paylaşılır. Məhz bu səbəbdən Azərbaycan daha ədalətli və bərabərhüquqlu əməkdaşlıq modeli təklif edir". 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 İyul 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri