Məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı artırılıb Eşqi Bağırov
Согласно информации сайта Day.az, сообщает Icma.az.
Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Təhsil İşçilərinin Sentyabr Konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirmək üçün birinci istiqamət mövcud dövlət bağçalarının imkanlarından daha səmərəli istifadə etməkdir.
"Tələbat olan ərazilərdə yeni qrupların yaradılması, eləcə də təmir və təchizat hesabına dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb.
Beşyaşlı uşaqların 93 faizinin məktəbəhazırlıq təhsili ilə əhatəsi üçün imkan yaradılıb. Məktəbəhazırlıq qrupları üzrə yerlərin sayı 85 mindən 104 minə yüksəlib",- deyə o bildirib.
E.Bağırov vurğulayıb ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi üçün tətbiq edilən ikinci model ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarıdır.
"Məktəbəhazırlıq qrupları üzrə yerlərin sayı 85 mindən 104 minə yüksəlib və bununla ölkə üzrə 5 yaşlı uşaqların təxminən 93 faizinin məktəbəhazırlıq təhsili ilə əhatəsi üçün imkan yaradılıb. Bu, son illər qeydə alınan ən yüksək göstəricidir",- deyə o əlavə edib.
Другие новости на эту тему:
Просмотров:98
Эта новость заархивирована с источника 11 Сентября 2026 11:43 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















