Bəzi matçlarda zəif çıxış etməklə xal qazanmaq olur Azər Bağırov
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Səbail"i 1:0 hesabı məğlub etdikləri matçdan sonra təşkil olunan mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, o, deyib: "Son görüşlər komandamızın oyununda böyük ruh yüksəkliyi yaratmışdı. Düzdü, oyunumuz istədiyimiz formada alınmadı. Amma, əzm, sonadək mübarizə vardı. Meydançaya əvəzetmədən buraxdığımız futbolçular da çalışdılar özlərini ən yaxşı tərəfdən göstərsinlər.
Elə Camal Cəfərov da belə fərqləndi. Oyundan-oyuna nələrisə daha yaxşı etməyə çalışacağıq. Bəzi matçlarda zəif çıxış etməklə xal qazanmaq olur. "Turan Tovuz" ilə son görüşdə də yaxşı oynadıq, uduzduq. Təki belə nəticəli oyunumuz çox olsun, xallar yığaq. Çempionatımızda yeni nəfəsli "Kəpəz" görək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 04 Noyabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















