MİDA Bakıda yeni yaşayış kompleksi tikəcək Ev almaq istəyənlərin NƏZƏRİNƏ
Icma.az сообщает, основываясь на информации сайта Day.az.
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yeni yaşayış kompleksinin tikintisi ilə bağlı işlərə başlayır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, agentlik yeni yaşayış kompleksinin Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin qərb hissəsində 5,83 ha torpaq sahəsində inşa edilməsini planlaşdırıb.
Məlumata görə, artıq MİDA yaşayış kompleksinin tikintisi ilə əlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması işlərini yekunlaşdırıb.
Agentlik sözügedən işlərin icrasını "Azin Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, işlərin icrası ilə bağlı MMC-yə 589 410 manat ödəniş edilib.
Qeyd edək ki, MİDA-nın müqavilə bağladığı "Azin Construction" MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Orucov Orxan Alxan oğludur.
Другие новости на эту тему:
Просмотров:117
Эта новость заархивирована с источника 06 Января 2025 16:48 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















