Icma.az
close
up
AZ
Menu

ВСУ ударили по буровым установкам Лукойла на Каспии Minval Politika

В Азербайджане резко похолодает: температура снизится на 10 градусов Minval Politika

ING поделилась прогнозами по инфляции в Турции до 2028 г.

В ряде поселков Баку будет создана система управления сточными водами

Приоритет: человеческий капитал

Кровавое возмездие: в Иране убит офицер КСИР, приказавший стрелять в демонстрантов

Эльчин Амирбеков: Азербайджан это естественные ворота в Центральную Азию из Европы

Мадуро объявил себя военнопленным президентом Minval Politika

Соловьев озвучил планы Кремля: Армения и Узбекистан ответили ТОЧКА ЗРЕНИЯ

Температура понизится на 10 градусов ПРЕДУПРЕЖДЕНИЕ

Формальный Балаханы нефть, маргинальный Бинагади продолжение главной темы

В Нью Йорке тысячи людей провели акцию протеста против политики администрации Трампа

Коффи призвал Азербайджан быть готовым на фоне протестов в Иране Minval Politika

В вузах Азербайджана стартовали аудиторские проверки

В Армении растет инфляция

Изменение в сборной Азербайджана

Bloomberg: Иран поставил России ракет на сумму $2,7 млрд

Шойгу и Лариджани обсудили ситуацию в Иране

Трамп допустил любое развитие событий по Ирану

"Барселона" обыграла "Реал" и в 16 й раз выиграла Суперкубок Испании

Naxçıvan sakinlərinə dəmir yolu ilə bağlı RƏSMİ ŞAD XƏBƏR

Naxçıvan sakinlərinə dəmir yolu ilə bağlı RƏSMİ ŞAD XƏBƏR

Как передает Icma.az, основываясь на информации сайта Day.az.

İllərlə bu günü, bu anı gözləmişik və 32 il sonra bu arzumuz gerçəkləşib.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin sədr müavini Nicat Quliyev deyib.

O qeyd edib ki, Bu gün burada olmağımıza görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman şəhid və qazilərimizə, rəşadətli ordumuza və xalqımıza borcluyuq:

"44 günlük Vətən müharibəsində qazandığımız zəfərlə Ağdam və digər rayon və şəhərlərimiz azadlığına qovuşaraq yeni dövrə qədəm qoydu.

Cənab prezidentin 10 may tarixində - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə açlışını etdiyi, hazırda dayandığımız Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Ağdamın yeni dövrünü, qurub-yaradan xalqımızın gücünü göstərir.

Azərbaycanın və Qarabağ iqtisadi regionunun ilk multimodal nəqliyyat mərkəzi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin ərazisi 8 hektara yaxındır. Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz bu kompleksdə tikilib, uzunluğu 350 metrdir. Bu kompleksdə dəmiryol vağzalı bu gündən gündəlik 800-1000 nəfər sərnişinə xidmət göstərəcək. Avtovağzaldan isə hər gün 1300-1500 nəfər sərnişin istifadə edə biləcək".

"Xatırladım ki, qatarlar Bakı-Xankəndi-Bakı dəmir yolunun Bakı-Ağdam-Bakı istiqamətində sonuncu dəfə 1993-cü ildə hərəkət edib. Ağdamın işğalından sonra bu reys dayandırılıb, bütövlükdə Ağdam kimi dəmiryol infrastrukturu da böyük dağıntılara məruz qalıb.

İndi bu dağınıtlar Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin timsalında aradan qaldırılır. Bu kompleks ADY tərəfindən Bərdə-Ağdam dəmir yolu xəttinin bərpası çərçivəsində inşa edilib. Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən, həmin il ADY tərəfindən Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinə başlanılıb. Dəmir yolu xəttinin uzunluğu 47,1 km-dir. Layihə çərçivəsində ümumilikdə 130 ədəd mühəndis qurğusu, o cümlədən 3 körpü, keçidlər və 4 stansiya (Bərdə, Köçərli, Təzəkənd, Ağdam) inşa olunub. Müasir görünüşə malik, sərnişinlər üçün hər cür şəraitin təmin olunduğu stansiyaların ərazilərində avtomobillərin parklanması üçün də imkan yaradılıb. Bir azdan siz bütün bu imkanlarla əyani şəkildə tanış ola biləcəksiniz.

Əziz ağdamlılar,

Bu gün ilk sərnişinlərini daşımış Bakı-Ağdam-Bakı dəmir yolu Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, Ağdam və ətraf rayonların sosial-iqtisadi dirçəlişinə, Azərbaycanın bu bölgədə nəqliyyat imkanlarının genişlənməsinə, əlçatanlığa, bütövlükdə Böyük Qayıdışa mühüm töhfə verəcək"-N.Quliyev deyib.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə dəmiryol infrastrukturunun bərpası tək Bərdə-Ağdam dəmir yolu ilə məhdudlaşmır:

"Bu xəttin davamı olaraq artıq Ağdam-Xankəndi dəmir yolunun da inşasına başlanılıb. Bu il iyulun 3-də cənab Prezident İlham Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. Bu kompleks də gördüyünüz bu bina kimi ən müasir infrastrukturla, innovativ texnologiya və rəqəmsal həllərlə təchiz ediləcək, sərnişindaşıma üçün bütün qabaqcıl imkanlar yaradılacaq. 2026-cı ilin sonunadək həm Ağdam-Xankəndi dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır.

Xatırladım ki, işğal dövrünə qədər Bakıdan Ağdama və Xankəndiyə kimi qatarla sərnişin daşımaları Ümumilli Lider Heydər Əliyevin 1979-cu ildə açılışını etdiyi Bakı-Xankəndi-Bakı marşrutu üzrə həyata keçirilirdi.

Qarabağla yanaşı Şərqi-Zəngəzur iqtisadi regionunda da dəmiryol infrastrukturu bərpa edilir. Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84%-i, tikinti-quraşdırma işlərinin isə 67%-i yekunlaşıb. Hazırda xəttin 75-106 km hissəsində torpaq işləri və mühəndis qurğularının inşası aparılır. Layihə çərçivəsində Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının tikintisi nəzərdə tutulur. Körpülər, avtomobil keçidləri, tunellər, qalereyalar və istinad divarları daxil olmaqla, ümumilikdə 553 mühəndis qurğusunun tikintisi həyata keçiriləcək.

Bildiyimiz kimi, cənab prezidentin bu ayın əvvəlində ABŞ-yə səfəri çərçivəsində Ermənistan Respublikasının ərazisindən keçməklə Naxçıvanla birbaşa əlaqəni təmin edəcək nəqliyyat xəttinin tikintisi barədə razılıq əldə edilib. Zəngəzur dəhlizinin yaradılmasını zəruriləşdirən bu tarixi uğur bizim işimizi stimullaşdırır. Horadiz-Ağbənd xəttinin tikintisini tez bir zamanda tamamlanması və Ermənistan sərhədinə çatdırılması üçün böyük səylə çalışırıq".

Sədr müavini deyib ki, artıq qardaş Türkiyə Respublikasında da Naxçıvanla sərhəddə Zəngəzur dəhlizinə birləşəcək Qars-Iğdır-Aralıq-Dilucu dəmiryol xəttinin təməli qoyulub:

"Bu baxımdan, Naxçıvanın dəmiryol infrastrukturunun bərpası ölkəmizin ali rəhbərliyi tərəfindən prioritet məsələ elan edilib və ADY olaraq ən qısa zamanda bu istiqamətdə işə başlamağı planlaşdırırıq.

Hörmətli qonaqlar,

Çıxışımın sonunda qısa şəkildə qeyd etmək istərdim ki, ADY sərnişindaşıma xidmətinin təkmilləşdirilməsi, xidmət keyfiyyətinin artırılması, səyahət coğrafiyasının genişləndirilməsi üçün əsaslı işlər görür. Ötən il daha müasir və sürətli yataq tipli qatarla Bakı-Balakən-Bakı marşrutunu bərpa etmişik. Bakıdan Şəki, Qax, Zaqatala və Balakənə və əks istiqamətlərdə hər gün səfərlər təşkil olunur.

Eyni zamanda, ölkədaxili səyahət coğrafiyasını genişləndirmək üçün Bakı-Ağstafa xətti Qazaxa qədər uzadılıb və bu xəttlə ilk dəfə sürətli "Stadler" qatarları hərəkətə başlayıb. Bunun üçün Bakı-Qazax dəmiryol infrastrukturu yenilənib. Artıq Qazaxa qədər hərəkət edən qatarlarımız daha geniş bölgədə yaşayan 10 minə yaxın insan üçün mobilliyi daha da əlçatan edib, qatarla ölkəboyu səyahət imkanlarını da genişləndirib.

Для получения более подробной информации и свежих новостей, следите за обновлениями на Icma.az.
seeПросмотров:138
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 30 Августа 2025 13:58
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

ВСУ ударили по буровым установкам Лукойла на Каспии Minval Politika

11 Января 2026 18:01see240

В Азербайджане резко похолодает: температура снизится на 10 градусов Minval Politika

12 Января 2026 17:00see239

ING поделилась прогнозами по инфляции в Турции до 2028 г.

12 Января 2026 08:46see237

В ряде поселков Баку будет создана система управления сточными водами

12 Января 2026 16:59see226

Приоритет: человеческий капитал

12 Января 2026 17:07see225

Кровавое возмездие: в Иране убит офицер КСИР, приказавший стрелять в демонстрантов

12 Января 2026 14:13see218

Эльчин Амирбеков: Азербайджан это естественные ворота в Центральную Азию из Европы

12 Января 2026 10:10see196

Мадуро объявил себя военнопленным президентом Minval Politika

12 Января 2026 21:25see187

Соловьев озвучил планы Кремля: Армения и Узбекистан ответили ТОЧКА ЗРЕНИЯ

12 Января 2026 17:01see181

Температура понизится на 10 градусов ПРЕДУПРЕЖДЕНИЕ

12 Января 2026 17:00see164

Формальный Балаханы нефть, маргинальный Бинагади продолжение главной темы

12 Января 2026 20:32see162

В Нью Йорке тысячи людей провели акцию протеста против политики администрации Трампа

12 Января 2026 06:55see157

Коффи призвал Азербайджан быть готовым на фоне протестов в Иране Minval Politika

12 Января 2026 09:31see157

В вузах Азербайджана стартовали аудиторские проверки

13 Января 2026 10:15see153

В Армении растет инфляция

13 Января 2026 00:29see149

Изменение в сборной Азербайджана

12 Января 2026 14:38see148

Bloomberg: Иран поставил России ракет на сумму $2,7 млрд

12 Января 2026 23:30see141

Шойгу и Лариджани обсудили ситуацию в Иране

12 Января 2026 22:08see141

Трамп допустил любое развитие событий по Ирану

13 Января 2026 00:30see140

"Барселона" обыграла "Реал" и в 16 й раз выиграла Суперкубок Испании

12 Января 2026 01:10see129
newsПоследние новости
Самые свежие и актуальные события дня