Icma.az
close
up
AZ
Menu

В Дубае открылся подземный музей в старинном форте Аль Фахиди

АБР запускает Платформу климатического развития с участием Азербайджана, Казахстана и Кыргызстана

Виртуозная техника на пуантах

Ангел Victoria s Secret показала редкое фото с дочерьми

Невидимую недвижимость выведут из тени?

В "Сабахе" рассказали о последствиях травмы Зедадки в матче с "Барселоной"

Президент утвердил документ о соглашении по морскому блоку Абшерон

Дальний родственник баяты

В отношении рэпера Джигана не стали возбуждать дело о хулиганстве и захвате заложников

Заявление инициативы Мост мира для прессы

Между Национальной библиотекой и Ватиканской апостольской библиотекой подписан меморандум о взаимопонимании

С надгробия Мэттью Перри стерли упоминание "Друзей"

SOCAR представила делегации Узбекистана проект Умная газовая сеть

Прокуратура Польши завершила расследование авиакатастрофы под Смоленском

Между Yelo Bank и UNEC подписан меморандум о сотрудничестве ФОТО (R)

В Москве оценены совместные проекты регионов Азербайджана и России

Али Асадов утвердил Устав археологического парка Азых Таглар

В Баку стартовала ярмарка Холодные руки, горячее сердце под названием Друг зимы

Мурад Ариф представит во Дворце Гейдара Алиева "Бриллианты" ВИДЕО

Счетная палата Азербайджана выявила переплату вузам более чем на 4,6 млн манатов

Paşinyan yenə özünü tələyə saldı

Paşinyan yenə özünü tələyə saldı

Согласно сайту Day.az, передает Icma.az.

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

İrəvan yenidən xarici siyasət qarışıqlığının episentrində yer alaraq, beynəlxalq vəziyyətin qeyri-sabit olduğu şəraitdə strateji vektorların nə qədər xaotik şəkildə dəyişə biləcəyini nümayiş etdirdi.

Ermənistanın baş naziri Nikol Paşinyan son illər ərzində ardıcıl olaraq Qərblə yaxınlaşma kursu götürmüş və Moskva ilə əlaqələrdən nümayişkaranə şəkildə uzaqlaşmışdı. Fəqət gözlənilmədən Paşinyan Rusiya ilə əlaqələrin aktivləşdirilməsinə qərar verdi. Bu qəfil manevr cəmiyyətdə geniş rezonans doğurdu və bu addımın səbəbləri ilə bağlı bir sıra suallar ortaya çıxardı.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqlədi ki, Kremlin Ermənistanın kursunda baş verən bu dəyişikliyi müsbət qarşıladığı açıq şəkildə ifadə olunub. Onun sözlərinə görə, Moskva İrəvanın Rusiya qurumları ilə əlaqələri intensivləşdirmək və Avrasiya İqtisadi İttifaqı çərçivəsində birgə təşəbbüslərdə iştirakını artırmaq istəyini yüksək qiymətləndirib. Peskov vurğulayıb ki, "Rusiya-Ermənistan əlaqələri çoxəsrlik ortaq tarixə söykənir və bu, iki ölkə arasında əməkdaşlığı təbii və labüd edir".

Beləcə, Kreml açıq şəkildə razılığını ifadə edərək mesaj verib ki, Nikol Paşinyan bölgədə böhran dərinləşdiyi bir vaxtda Moskva ilə tərəfdaşlığın əhəmiyyətini anlamağa məcbur olub.

Paşinyanın bu addımı, xüsusilə onun son illərdə Qərblə daha sıx əlaqələr qurmaq cəhdləri fonunda spontan qərar təsiri bağışlaya bilər. Xatırladaq ki, hələ bir müddət əvvəl Ermənistanın baş naziri Moskvadan uzaqlaşmağa və açıq şəkildə Vaşinqton və Brüsselə yaxınlaşmağa çalışırdı.

Amma Qərbdən tam dəstək gözləntiləri özünü doğrultmadı. Donald Trampın hakimiyyətə gəlişindən sonra ABŞ Cənubi Qafqaz məsələlərinə marağını xeyli zəiflədərək, digər prioritetlərə diqqət yetirdi. Hətta Co Baydenin prezidentlik müddətinin son aylarında Ermənistanla imzalanmış "Strateji Tərəfdaşlıq Xartiyası" belə gözlənilən nəticələri verməyərək tezliklə öz əhəmiyyətini itirdi. Qərbdən gələn dəstəyin azalması fonunda Ermənistan son dərəcə həssas və təhlükəli mövqedə qaldı.

Bununla paralel olaraq, Paşinyan daxili siyasi böhranın da güclənməsi ilə üzləşdi. "Gallup International"ın Ermənistanda keçirdiyi son rəy sorğusunun nəticələrinə görə, Paşinyanın reytinqi 35%-ə qədər enərək cəmiyyətdəki narazılığın açıq əlamətini göstərdi.

Mövqeyinin zəiflədiyini anlayan Paşinyan Ermənistanın Avropa İttifaqına üzvlük prosesinə başlamaqla bağlı qanun layihəsinin müzakirəsini təxirə salmaq məcburiyyətində qaldı. Bu addım təkcə daxili siyasi böhranın kəskinləşməsi qorxusunu deyil, həm də Avropa İttifaqının özündə qeyri-sabitliyin artmasını əks etdirirdi. Qurum bu gün Ukrayna müharibəsi və ABŞ ilə münasibətlərdə gərginliyin güclənməsi fonunda iqtisadi və siyasi çətinliklərlə üzləşir.

Paşinyanın Rusiya ilə münasibətləri yenidən qurmaq qərarında iqtisadi amillər də mühüm rol oynadı. Ermənistan ixracının təxminən 80%-i Rusiya bazarına yönəlib və ölkənin Avrasiya İqtisadi İttifaqından çıxması iqtisadiyyatına ciddi zərbə vura bilərdi. Mümkün nəticələrin miqyasını anlayan Paşinyan xarici siyasət kursunu dəyişməyə məcbur oldu və milli iqtisadiyyatın təhlükəsizliyini təmin etmək üçün Moskva ilə əlaqələri bərpa etmək qərarına gəldi.

Paşinyanı Moskva ilə yaxınlaşmağa sövq edən başqa mühüm amil isə Azərbaycanla sərhəddə davam edən təxribatlar oldu. Sərhədyanı bölgələrdə vaxtaşırı baş verən gərginlik İrəvanda yeni eskalasiya qorxusu yaradıb. NATO və ABŞ-nin Ermənistana real hərbi yardım göstərməyə tələsməyəcəyini anlayan Paşinyan, daha əvvəl açıq şəkildə tənqid etdiyi və uzaqlaşmağa çalışdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) himayəsinə qayıtmaq məcburiyyətində qaldı.

Paşinyanın atdığı bu addımlar göstərir ki, onun Rusiya ilə münasibətləri gücləndirmək cəhdi nə qədər taktiki və məcburi olsa da, eyni zamanda Ermənistanın mürəkkəb daxili və xarici problemlərinin nəticəsidir. Ermənistanın siyasi kursunun bu qeyri-sabitliyi isə ölkəni daha təhlükəli geosiyasi vəziyyətə sürükləyir.

Eyni zamanda, Paşinyanın Rusiya ilə əlaqələri gücləndirmək istiqamətində atdığı addım, əslində, strateji seçimdən çox, elementar şəkildə hakimiyyətdə qalmaq üçün edilən çarəsiz manevr təsiri bağışlayır. Reytinqlərinin sürətlə düşdüyü, iqtisadi vəziyyətin pisləşdiyi və bölgədəki qeyri-sabitliyin artdığı bir şəraitdə Paşinyan, Moskva ilə sıx əlaqələrin bərpasının ona daxili siyasi təzyiqləri azaltmaq və hakimiyyətini qorumaq üçün çıxış yolu ola biləcəyinə ümid edir. Lakin bu taktika uzunmüddətli perspektivdə həm Ermənistan, həm də Cənubi Qafqazdakı geosiyasi vəziyyət üçün ağır nəticələr doğura bilər.

Ermənistanın baş naziri Nikol Paşinyan xarici siyasətində növbəti dəfə ziddiyyətli addım ataraq, 9 mayda Moskvanı ziyarət edib İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcəyini bəyan etdi. İki ölkə arasındakı gərgin münasibətlər fonunda bu qərar Paşinyanın Kreml ilə əlaqələri normallaşdırmaq niyyəti kimi qiymətləndirildi. Lakin bu jesti Ermənistanın xarici siyasətində konkret istiqamət seçilməsi kimi görmək yanlış olardı - çünki Paşinyan hələ də Qərblə Moskva arasında ikili oyun oynamağa davam edir.

Paşinyanın bu qeyri-müəyyən və ziddiyyətli siyasəti Ermənistan üçün ciddi risklər yaradır. O, həm Rusiya, həm də Qərbin maraqlarını nəzərə almağa çalışsa da, bu taktika nəticə etibarilə heç bir tərəfin ona etimad göstərməməsinə gətirib çıxarır. Nə Kreml, nə də Vaşinqton Paşinyanın bu manevrlərini cəzasız buraxmağa razılaşmayacaq.

Formal olaraq Moskva Paşinyanın son addımlarını müsbət qarşılayıb. Rusiya və Ermənistan XİN rəhbərlərinin müavinləri - Mixail Qaluzin və Mnasakan Safaryan arasında keçirilən son görüş tərəflərin dialoqu bərpa etmək istəyini ortaya qoydu. Danışıqlarda təhlükəsizlik, iqtisadi əməkdaşlıq və Ermənistanın əvvəllər açıq-aşkar laqeyd yanaşdığı Avrasiya İqtisadi İttifaqı çərçivəsində tərəfdaşlığın inkişafı müzakirə edildi.

Paralel olaraq, siyasi danışıqlarla yanaşı iqtisadi münasibətlərin də aktivləşdirilməsi prosesi başlayıb. Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov erməni həmkarı Gevorq Papoyanla görüşərək, Strateji İnkişaf Mərkəzinin dəstəyi ilə həyata keçiriləcək dörd iri elmi-tədqiqat layihəsinin perspektivlərini müzakirə edib. Bu təşəbbüslər iki ölkə arasındakı iqtisadi əlaqələri möhkəmləndirməyi hədəfləyir ki, bu da Rusiya iqtisadiyyatına tətbiq edilən sanksiyalar fonunda Moskva üçün xüsusilə vacibdir. Kreml xatırladıb ki, Ermənistanın xarici ticarət dövriyyəsinin 40%-dən çoxu Rusiyanın payına düşür və Rusiya şirkətlərinin Ermənistan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi artıq 4 milyard dolları keçib.

Paşinyan Moskva ilə əlaqələri canlandırmağa çalışsa da, Qərblə münasibətləri inkişaf etdirməkdən də əl çəkmir. Belə ki, yaxın vaxtlarda ABŞ Ermənistana 151 texnika, o cümlədən hərbi nəqliyyat vasitələri, generatorlar və xüsusi avadanlıq üçün konteynerlər göndərməyi planlaşdırır. Bu addım Ermənistanda yeni amerikalı hərbi təlimlərin keçirilməsi və ya ABŞ-nin bölgədə hərbi iştirakını gücləndirmək niyyəti ilə bağlı ciddi şübhələr doğurur.

Xüsusilə narahatlıq doğuran məqam odur ki, bu texnika Rusiyanı, Türkiyəni və Azərbaycanı tamamilə kənarda qoyaraq Ermənistana çatdırılacaq. Bu fakt açıq şəkildə göstərir ki, Vaşinqton bölgədə əsas aktorların təsirini minimuma endirmək niyyətindədir. Üstəlik, texnikanın məhz Ermənistanın hərbi poliqonlarında dezinfeksiya ediləcəyi planlaşdırılır ki, bu da bəzi ekspertlərin fikrincə, bölgədə potensial bioloji laboratoriyaların yaradılması üçün infrastrukturun qurulması ilə bağlı ola bilər. Hərçənd bu cür laboratoriyaların mövcudluğunu təsdiqləyən konkret dəlillər hələ ki yoxdur, ABŞ-nin bölgədə hərbi fəallığını artırması Moskva və Bakı üçün ciddi narahatlıq yaradır.

Paşinyan özünü olduqca həssas və riskli mövqeyə salıb. Kreml yenicə bərpa olunan dialoqun ardınca Ermənistandan konkret loyallıq zəmanətləri tələb edəcək. Rusiya şübhəsiz ki, Paşinyanın paralel olaraq Qərblə gizli əlaqələr qurmasına göz yummayacaq.

Digər tərəfdən, ABŞ ilə əlaqələrin gücləndirilməsi də İrəvan üçün ağır nəticələr verə bilər. Vaşinqton Ermənistana ciddi iqtisadi və ya hərbi dəstək göstərmək üçün mütləq şəkildə müəyyən siyasi şərtlər irəli sürəcək. Bu şərtlərin icrası isə Kremldə sərt reaksiyaya səbəb olacaq. Ermənistanın eyni anda həm Moskvanın, həm də Vaşinqtonun etimadını qazanmağa çalışması onu yeni geosiyasi böhranın mərkəzinə çevirə bilər.

Artan geosiyasi gərginlik fonunda Paşinyan özünü olduqca mürəkkəb və təhlükəli situasiyada tapıb. Onun son illərdə həyata keçirdiyi sarsaq və ziddiyyətli xarici siyasət xətti Ermənistanın Cənubi Qafqazda artıq etibarlı tərəfdaş kimi qəbul edilməməsi ilə nəticələnib. Bu qeyri-sabit mövqe isə Paşinyanın nəinki Qərbin, həm də Moskvanın etimadını itirməsinə gətirib çıxara bilər ki, bu da Ermənistanı tamamilə təcrid olunmuş və təhlükəli vəziyyətə salacaq.

Ermənistanın ABŞ və Rusiya arasında manevrlər etməyə çalışması, əksinə, ölkəni daha da zəif və kövrək vəziyyətə salır. Paşinyanın siyasi kursu nəinki ölkəyə üstünlük qazandırmır, hətta Ermənistanı ənənəvi müttəfiqləri və potensial tərəfdaşlarının dəstəyindən məhrum etmə riski ilə üz-üzə qoyur.

ABŞ-nin regiondakı aktiv fəaliyyəti Moskvanın təsirini zəiflətmək və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsindəki hərbi əməkdaşlığını məhdudlaşdırmaq məqsədi güdür. Ermənistanın ABŞ-dan texnika alması və eyni zamanda KTMT üzvü kimi qalması Rusiya ilə münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər. Bu addım təkcə Moskva ilə İrəvan arasında münasibətlərin soyumasına deyil, həm də bölgədə yeni qeyri-sabitlik dalğasının yaranmasına səbəb ola bilər.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Vaşinqtonun İrəvana texnika göndərilməsi ilə bağlı rəsmi sorğu təqdim etmədiyini bəyan etməsinə baxmayaraq, Paşinyanın ABŞ ilə gizli razılaşmalar bağlaması ehtimalları artır. Bu isə Ermənistanın xarici siyasətində səmimiyyətə dair şübhələri daha da gücləndirir.

Paşinyanın son illərdəki siyasi xətti xaotik və strateji məntiqdən uzaq görünür. O, gah açıq şəkildə Qərblə yaxınlaşmağa çalışır, gah da qəfil Rusiyaya doğru dönüş edir, ardınca isə Kremlin itirilmiş etimadını bərpa etmək üçün addımlar atmağa başlayır. Bu cür qeyri-müəyyən kurs Ermənistanın qonşu ölkələri arasında etibarlı tərəfdaş kimi mövqeyini daha da zəiflədir.

Bu taktika artıq Ermənistan üçün mühüm tərəfdaşların itirilməsi ilə nəticələnib. Moskva yaxşı xatırlayır ki, İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra Paşinyan Kremlin hərbi müdaxilə etmədiyini əsas gətirərək Rusiyanı günahlandırmağa çalışdı. Halbuki, bu münaqişə Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda baş verdiyi üçün Moskvanın İrəvana yardım göstərmək öhdəliyi yox idi. Bu gün əgər Paşinyan yenidən Rusiyadan uzaqlaşaraq ABŞ və Avropa İttifaqına meyillənməyə çalışsa, Kreml güzəştə getməyə hazır olmayacaq.

Ermənistanın Vaşinqtonla daha sıx əməkdaşlıq qurmaq cəhdləri də ciddi risklər daşıyır. Avropada dərinləşən böhran, Ukraynada münaqişənin gərginləşməsi və ABŞ-Avropa münasibətlərinin pisləşməsi fonunda Ermənistan Qərbin geosiyasi oyunlarında yalnız qurban fiquruna çevrilə bilər. Ukrayna nümunəsi göstərir ki, Qərbə hədsiz güvənmək iqtisadiyyatı daha güclü olan ölkələr üçün belə fəlakətli nəticələrə səbəb ola bilər.

Nəticədə Ermənistan xarici siyasətinin aydın strategiyadan məhrum olduğu vəziyyətə düşüb. Bu gün nə Moskva, nə Ankara, nə Bakı, nə də Tehran Paşinyanı etibarlı tərəfdaş kimi qəbul edir. Bəzi ölkələr İrəvandan məntiqli addımlar gözləyərək səbr nümayiş etdirir, digərləri isə əksinə, İrəvanı konkret qərarlar qəbul etməyə məcbur etmək üçün təzyiqlərini artırır.

İndiki durumda Ermənistanın xarici siyasəti ani qazanc əldə etmək üçün xaotik cəhdlərə bənzəyir və bu, uzunmüddətli nəticələr nəzərə alınmadan həyata keçirilir. Əgər Paşinyan xarici siyasət kursunu sabitləşdirmək üçün qəti addımlar atmasa, Ermənistan dərin diplomatik təcrid vəziyyətinə düşə bilər. Bu isə ölkəni həm Rusiya dəstəyindən, həm də Qərbin diqqətindən məhrum edərək ciddi siyasi və iqtisadi sarsıntılara sürükləyəcək və Ermənistan bu problemlərin öhdəsindən təkbaşına gələ bilməyəcək.

Не пропустите дальнейшие события, следите за актуальными новостями на Icma.az.
seeПросмотров:186
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 25 Марта 2025 11:23
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

В Дубае открылся подземный музей в старинном форте Аль Фахиди

27 Ноября 2026 09:47see286

АБР запускает Платформу климатического развития с участием Азербайджана, Казахстана и Кыргызстана

27 Ноября 2026 19:43see280

Виртуозная техника на пуантах

27 Ноября 2026 10:15see280

Ангел Victoria s Secret показала редкое фото с дочерьми

27 Ноября 2026 09:48see269

Невидимую недвижимость выведут из тени?

27 Ноября 2026 14:34see264

В "Сабахе" рассказали о последствиях травмы Зедадки в матче с "Барселоной"

27 Ноября 2026 19:56see261

Президент утвердил документ о соглашении по морскому блоку Абшерон

27 Ноября 2026 16:34see256

Дальний родственник баяты

27 Ноября 2026 11:24see251

В отношении рэпера Джигана не стали возбуждать дело о хулиганстве и захвате заложников

27 Ноября 2026 17:07see250

Заявление инициативы Мост мира для прессы

27 Ноября 2026 16:43see233

Между Национальной библиотекой и Ватиканской апостольской библиотекой подписан меморандум о взаимопонимании

27 Ноября 2026 16:02see226

С надгробия Мэттью Перри стерли упоминание "Друзей"

27 Ноября 2026 15:19see218

SOCAR представила делегации Узбекистана проект Умная газовая сеть

27 Ноября 2026 19:17see212

Прокуратура Польши завершила расследование авиакатастрофы под Смоленском

28 Ноября 2026 00:45see212

Между Yelo Bank и UNEC подписан меморандум о сотрудничестве ФОТО (R)

27 Ноября 2026 16:03see211

В Москве оценены совместные проекты регионов Азербайджана и России

27 Ноября 2026 19:24see211

Али Асадов утвердил Устав археологического парка Азых Таглар

27 Ноября 2026 15:46see211

В Баку стартовала ярмарка Холодные руки, горячее сердце под названием Друг зимы

27 Ноября 2026 22:21see211

Мурад Ариф представит во Дворце Гейдара Алиева "Бриллианты" ВИДЕО

27 Ноября 2026 16:52see210

Счетная палата Азербайджана выявила переплату вузам более чем на 4,6 млн манатов

27 Ноября 2026 18:10see201
newsПоследние новости
Самые свежие и актуальные события дня