Icma.az
close
up
AZ
Menu

В Лондоне открылся крупнейший в стране магазин товаров по вселенной Гарри Поттера

Рэнкинг инвестиционных компаний Азербайджана (январь октябрь, 2026)

В Грузии в селе, где проживают азербайджанцы, расстреляли трёх братьев

Тренер Викинга назвал победу над Сабахом исторической

В Агдаме завершился турнир по мини футболу Кубок единства Во имя Победы

В Баку состоялся первый Азербайджанский региональный форум по аквакультуре ФОТО

Пярвиз Шахбазов назвал перспективные направления энергосотрудничества Азербайджана и Украины

Азербайджан намерен удвоить экспорт черной икры

Новые поезда и маршруты: перспективы железных дорог Азербайджана РАСКЛАД от Рауфа Агамирзаева

Эхо молодости: бессмертная романтика ансамбля Гая (ФОТО)

В мозге нашли механизм, способный спутать безопасность с угрозой

Британский актер Рассел Брэнд признан виновным по четырем эпизодам сексуального насилия

ГТК обеспечит таможенное оформление товаров в нерабочие дни

Азербайджан и Украина обсуждают строительство ГАЭС в Мингячевире

В рыболовстве и аквакультуре Азербайджана вводятся субсидии

Азербайджанский певец Мурад Садых выпустил новую песню в день своего рождения

Меджнун Мамедов: Рыболовство и аквакультура укрепляют продовольственную безопасность Азербайджана

В Баку студент получил шесть ножевых ранений после конфликта в колледже

Двенадцать шагов до эшафота

Палата оценщиков: В октябре продолжился рост цен на квартиры в новостройках

Erməni oyunu Aldatmaq istəyən Paşinyan aldandı

Erməni oyunu Aldatmaq istəyən Paşinyan aldandı

По данным сайта Day.az, передает Icma.az.

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Ermənistanın baş naziri Nikol Paşinyan "Qərb və Şərq" adlandırıla biləcək yeni geosiyasi doktrina çərçivəsində siyasət yürütdüyünü vurğulayıb. Əslində, onun xarici siyasət taktikası Qərb, Rusiya və İran arasında ləngər vuraraq tərəflərdən hər birindən yararlanmaq niyyətindən başqa heç nə deyil. Bu isə, təbii ki, heç bir halda İrəvanın xarici siyasətinin düşünülmüş strategiya məcrasında yürüdüldüyünü söyləməyə əsas vermir.

ABŞ və Ermənistan arasında Co Bayden administrasiyasının gedərayaq "hədiyyə" kimi təqdim etdiyi, Vaşinqtonda imzalanmış "Strateji Tərəfdaşlıq Xartiyası" adlı sənəd sadəcə diplomatik jest deyil, Ermənistanın ABŞ və Rusiya arasında iki cəbhədə oynamağa çalışdığı və nəticədə özünü riskə atdığı ümidsiz cəhdin simvoludur. Nikol Paşinyan və onun dəstəsi siyasi manevrlər və kulis oyunlarına vərdiş etmiş olaraq, bu sənədi növbəti uzaqgörənlikdən məhrum bir səhv və özünüaldatma nümunəsinə çevirdilər.

Yanvarın 14-də ABŞ-nin artıq sabiq dövlət katibi Antoni Blinken və Ermənistanın XİN başçısı Ararat Mirzoyan tərəfindən təntənəli şəkildə imzalanmış Xartiya Ermənistanın hakimiyyət dəhlizlərində, daha sonra isə erməni mediasında "erməni xalqında qələbə ruhu yaradacaq addım" kimi qələmə verildi.

Erməni mediası haqqında bəhs olunan sənədi "diplomatiyada və ölkənin təhlükəsizliyinin təminatında çox ciddi irəliləyiş", "ABŞ ilə münasibətlərdə yeni dövr" kimi təqdim etməyə tələsdi. Di gəl, əslində olan tam fərqlidir.

Rəsmi İrəvan yenə diletantlıq etdi, Rusiya və İranla münasibətlərini ciddi təhlükə altına atdı, Vaşinqtonun vədlərinə inandı.

Xartiyanın əsas müddəaları Ermənistanın qonşuları və müttəfiqləri arasında əsl emosiya fırtınası yaratdı. ABŞ-nin "erməni sərhədçilərinin təlimi" bəhanəsi altında faktiki olaraq Ermənistan sərhədlərində nəzarət qurmaq imkanı əldə etməsi ermənilərə yaxşı heç nə vəd etmir.

Təbii ki, sərhədində amerikalı hərbçilərin peyda olması perspektivi İranı təşvişə salıb və yetərincə qəzəbləndirib.

Amma əsl şok Moskva üçün idi: Amerikanın "məsləhətçilərinin və təlimatçılarının" Ermənistanın Azərbaycanla yanaşı, Türkiyə və İranla sərhədlərində də peyda olması Kreml üçün çox sinirli ehtimaldır.

Çünki ermənilərin Türkiyə və İranla sərhədlərinin mühafizəsini məhz rusiyalı sərhədçilər reallaşdırır, həmin bölgədə onlar söz sahibidir. Bu günə qədər Rusiyanın hərbi və siyasi qüvvəsinin dominant olduğu sərhəd bölgələrində amerikalı "təlimatçılar"ın peyda olması Kreml üçün açıq bir çağırışdır.

Xartiyanın nüvə aspekti də bir o qədər mübahisəlidir. "Kütləvi qırğın silahlarının yayılmasına nəzarət" haqqında qeyd - Ermənistanın köhnəlmiş, lakin strateji əhəmiyyətli infrastrukturu olan Metsamor atom-elektrik stansiyasına açıq bir işarədir. Bu maddə, təbii ki, Rusiyanın Ermənistanın enerji sektorundakı rolunu zəiflətməyə və eyni zamanda ABŞ-nin təsirini artırmağa yönəlib. Amma Ermənistan bu "nəzarət" üçün həqiqətən də ödəməyə hazırdırmı?

Xartiyanın Qarabağa aid olan bölməsi xüsusi diqqətə layiqdir. İrəvan Vaşinqtonu "etnik təmizləmələr" və ya "məcburi köçürmə" kimi ifadələri sənədə daxil etməyə inandıra bilmədi. Bu, Ermənistan diplomatiyasının Qərbin dəstəyini qazanmaq üçün emosional narrativlərdən istifadə etdiyi hər bir cəhddə uğursuz olduğunu göstərir. Bunun əvəzinə, ABŞ münaqişə ritorikasından uzaq dayanaraq Ermənistanı keçmiş səhvlərini özünün əsaslandırmağa buraxdı.

Xartiya imzalanan kimi Nikol Paşinyan tələsik Vladimir Putinə zəng edib hərəkətlərinə izahat verməyə çalışdı. Fəqət vəziyyət özü-özlüyündə hər şeyi deyir: Ermənistan ABŞ-yə doğru addım atır və eyni zamanda Rusiyanın sadiq müttəfiqi olduğunu iddia edir. Bu ikiüzlü oyunu uğurlu adlandırmaq çətindir, xüsusilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı (Aİ) arasındakı əsas prinsiplərin uyğun gəlmədiyini nəzərə alanda.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Sergey Lavrovla görüşərək Moskvaya ABŞ ilə strateji tərəfdaşlığın Rusiya ilə münasibətlərə təhdid yaratmadığını təsdiqləməyə çalışdı.

Amma belə bəyanatlar Ermənistanın qeyri-real ambisiyalarının ağırlığını daşıya bilməyən iki stulda oturmağa çalışmasını əks etdirir.

Donald Trampın inaqurasiyasından sonra ən maraqlı hadisələr baş verməyə başladı. ABŞ-nin sərt mövqeyi ilə tanınan yeni prezidenti Co Baydenin dövründə imzalanmış bütün sazişləri, o cümlədən Ermənistanla imzalanmış Xartiyanı yenidən gözdən keçirmək niyyətində ola bilər. Bu ehtimal, Ermənistan siyasətçilərini açıq-aşkar narahat edir. Aşkar görünür ki, İrəvan uzunmüddətli və çoxgedişli siyasi oyuna hazır deyil.

Rusiya siyasətçiləri isə artıq açıq şəkildə bildiriblər: Moskva Ermənistanın Rusiyanı öz maraqlarına xidmət edən bir alət kimi istifadə etməyə davam etməsinə göz yummayacaq. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikovun sözləri bu mövqeyi aydın ifadə edir: "Əgər Ermənistan rəhbərliyi Avropa İttifaqına qoşulmağa qərar versə, buyursunlar. Amma qoy o zaman seçimlərini qəti şəkildə etsinlər. Biz Rusiya olaraq, səbrimizin sərhədsiz olmadığını bildirmək istəyirik".

Ermənistan ilə Rusiya arasında baş verən siyasi teatr artıq uzanan və sonluğu aydın olan bir dramı xatırladır. Leonid Kalaşnikovun Ermənistan hakimiyyətinə ünvanlanan sözləri göstərir ki, Kreml Paşinyan hökumətinin hərəkətlərindən əməllicə usanıb. Nikol Paşinyan və onun komandası, iki cəbhədə oynamaq səyləri ilə öz ölkəsini çıxılmaz vəziyyətə salırlar.

Sergey Lavrovun Ararat Mirzoyan ilə görüşündə "qarşılıqlı məqbul həll yolları" ifadəsini işlətməsi dərin məyusluğun diplomatik pərdələnməsi təsiri bağışlayır.

Ermənistan ABŞ-nin "xüsusi tərəfdaşı" statusunu qorumaq və eyni zamanda KTMT və Rusiya ilə formal əlaqələrini saxlamağa çalışaraq tam strateji perspektivdən məhrum olduğunu nümayiş etdirir.

Avropa İttifaqına daxil olmaq niyyətini bəyan edən İrəvanın bu addımı daxili siyasi qeyri-sabitlikdən diqqəti yayındırmaq və Ermənistan cəmiyyətinə xarici siyasətdə "uğurlar" göstərmək cəhdi kimi qiymətləndirilə bilər. Ancaq Moskva bu bəyanatların arxasında real məzmun olmadığını yaxşı başa düşür. Kreml üçün aydındır ki, Paşinyan və onun ətrafı hər hansı əməkdaşlıq formatını siyasi şantaj aləti kimi istifadə etməyə çalışır. Halbuki bu metod işlək deyil və çoxdan kütləşib.

Rusiya Ermənistanın münasibətlərindəki ikiüzlü yanaşmaya daha dözməyəcəyini açıq şəkildə bəyan edib.

Ermənilərsə iddia edirlər ki, Moskva əslində, İrəvanla münasibətləri qismən də olsa, normallaşdırmaq məqsədilə "diplomatik pauza" verib.

Əslində bu "pauza" İrəvana nişangahdan baxmaqdır.

Moskva İrəvanın ABŞ ilə alyansının və Avropa İttifaqına inteqrasiya cəhdlərinin ikitərəfli münasibətlərə təhdid olmadığını iddia edən açıqlamalarını huşyarlıqla dinləyirmiş kimi görünür. Amma əslində, Kreml Ermənistanda siyasi vəziyyətin dəyişəcəyini gözləyir ki, nəhayət, İrəvanda özünə etibarlı tərəfdaş tapa bilsin.

Səbəb bəlli: Nikol Paşinyan Kreml üçün artıq çoxdan "silinmiş" bir fiqurdur. Onun hakimiyyətdə qalması sadəcə müvəqqəti bir anlaşılmazlıq kimi qəbul edilir. Ananyan bildirir ki, Rusiya artıq Paşinyanı əvəz edə biləcək uyğun namizədləri axtarmağa başlayıb.

Bu kontekstdə "saray çevrilişi" ehtimalı haqqında söhbətlərin artması Kreml daxilində Ermənistan rəhbərliyinə qarşı artan məyusluğu əks etdirir.

Ermənistanın yanlış istiqamətə yönəlmiş siyasəti, ölkəni beynəlxalq arenada təcrid vəziyyətinə salmaq təhlükəsi ilə üz-üzə qoyur. Rusiya üçün Ermənistan strateji baxımdan vacib bir tərəfdaş olaraq qalır, lakin Kreml münasibətlərin davamlı və proqnozlaşdırıla bilən olması üçün Paşinyan hökumətinin yerinə daha etibarlı bir rəhbərlik görmək istəyir.

Əgər İrəvan siyasi kursunu dəyişməzsə, Ermənistan həm regional dəstəyini itirə, həm də öz suverenliyini daha da risk altına sala bilər.

Ermənistan təhlükəli siyasi oyunlar oynamaqla hər şeyi itirmək riski qarşısındadır. Onun Rusiya ilə Qərb arasında tutduğu mövqe diplomatik çevikliyin nümunəsi deyil, əksinə, strateji istiqamətin tamamilə itirilməsi anlamına gəlir. Strateji kurs seçməkdə çətinlik çəkən İrəvan, artıq heç kimin əməkdaşlıq etmək istəmədiyi problemli tərəfdaşa çevrilir.

Rusiya üçün Cənubi Qafqazda sabitlik siyasətinin əsas elementidir: ələlxüsus da Qərblə davam edən qarşıdurma və Ukrayna böhranı fonunda. Moskva Ermənistanın manevrlərinə müvəqqəti dözümlülük göstərir, lakin bunun yalnız yeni gərginlik ocaqlarının yaranmaması üçün olduğu aydındır.

Rusiyanın səbrinin sərhədi var və bu vəziyyət sonsuzadək davam edə bilməz.

Reallıq odur ki, Ermənistan elə bir vəziyyətə düşüb ki, onun gələcək taleyi yalnız siyasi kursun və hakimiyyətin dəyişdirilməsindən asılıdır. Rusiya Paşinyanla uzunmüddətli tərəfdaşlıq perspektivini görmür. İrəvanda yalnız yeni liderlərin hakimiyyətə gəlməsi, Kremlə aydın və proqnozlaşdırıla bilən münasibətləri təmin edə bilər. Bu dəyişiklik olmadan Ermənistanın sabitliyi təmin etməsi mümkün deyil.

Ermənistan öz siyasi oyunlarının artıq işə yaramadığı bir nöqtəyə gəlib çatıb. Rusiya ilə Qərb arasında balans saxlamaq cəhdi, ölkəni təcrid vəziyyətinə və əsas tərəfdaşların etimadını itirməyə aparır. Moskva üçün İrəvan strateji baxımdan mühüm müttəfiq olaraq qalır, lakin bu münasibətlərin davamı yalnız Ermənistan rəhbərliyindəki dəyişikliyə bağlıdır. Əks təqdirdə, Ermənistan təkcə Rusiyanın dəstəyini deyil, öz gələcəyini də itirmək riski ilə üzləşir.

Nikol Paşinyanın və dəstəsinin son konvulsiv davranışları ilə bəyanatları təkcə rəsmi İrəvanın diplomatik səhvini deyil, həm də onun bütün müttəfiqlərinə və qonşularına bir mesajını ifadə edir. İrəvan uzunmüddətli sabitliyi qurban verərək qısa müddətli mənfəətlərin arxasınca gedən strategiyasını davam etdirir. Amerikanın Ermənistan sərhədlərində mövcudluğu və Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında balans yaratmaq cəhdləri təkcə Rusiya ilə münasibətləri deyil, həm də Ermənistanın daxili sabitliyini təhlükə altına qoyur.

Ermənistanın qeyri-müəyyən xarici siyasəti onu geosiyasi arenada zəif və etibarsız oyunçuya çevirir. ABŞ ilə tərəfdaşlıq Moskvanın səbrini tükətdi. Ermənistanın gələcək taleyi yalnız daha aydın və davamlı bir siyasət kursu seçilməsindən asılı olacaq. Əks halda, Ermənistan regional dəstəkdən məhrum qalaraq yalnız özünü təcrid vəziyyətinə sala bilər.

Nikol Paşinyanın hər kəsə xoş gəlmək istəyi ermənilər üçün böyük risklər doğuracaq.

Sadəlövh illüziyalar və ikili standartlar siyasəti, İrəvanın ümid etdiyi nəticələri təmin etməyəcək. Moskva və Vaşinqton bu manevrləri müşahidə edərkən Ermənistan böyük geosiyasi oyunda getdikcə daha çox dəyişdirilə bilən bir fiqura çevrilir.

Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
seeПросмотров:298
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 24 Января 2025 13:22
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

В Лондоне открылся крупнейший в стране магазин товаров по вселенной Гарри Поттера

05 Ноября 2026 05:33see288

Рэнкинг инвестиционных компаний Азербайджана (январь октябрь, 2026)

05 Ноября 2026 16:38see243

В Грузии в селе, где проживают азербайджанцы, расстреляли трёх братьев

06 Ноября 2026 01:22see239

Тренер Викинга назвал победу над Сабахом исторической

05 Ноября 2026 03:38see235

В Агдаме завершился турнир по мини футболу Кубок единства Во имя Победы

05 Ноября 2026 23:16see230

В Баку состоялся первый Азербайджанский региональный форум по аквакультуре ФОТО

05 Ноября 2026 20:51see228

Пярвиз Шахбазов назвал перспективные направления энергосотрудничества Азербайджана и Украины

05 Ноября 2026 14:31see228

Азербайджан намерен удвоить экспорт черной икры

05 Ноября 2026 16:05see225

Новые поезда и маршруты: перспективы железных дорог Азербайджана РАСКЛАД от Рауфа Агамирзаева

06 Ноября 2026 09:53see218

Эхо молодости: бессмертная романтика ансамбля Гая (ФОТО)

05 Ноября 2026 16:09see218

В мозге нашли механизм, способный спутать безопасность с угрозой

06 Ноября 2026 00:47see207

Британский актер Рассел Брэнд признан виновным по четырем эпизодам сексуального насилия

06 Ноября 2026 02:01see206

ГТК обеспечит таможенное оформление товаров в нерабочие дни

05 Ноября 2026 19:50see201

Азербайджан и Украина обсуждают строительство ГАЭС в Мингячевире

05 Ноября 2026 14:36see194

В рыболовстве и аквакультуре Азербайджана вводятся субсидии

05 Ноября 2026 11:51see189

Азербайджанский певец Мурад Садых выпустил новую песню в день своего рождения

05 Ноября 2026 17:18see188

Меджнун Мамедов: Рыболовство и аквакультура укрепляют продовольственную безопасность Азербайджана

05 Ноября 2026 10:41see170

В Баку студент получил шесть ножевых ранений после конфликта в колледже

05 Ноября 2026 07:02see163

Двенадцать шагов до эшафота

05 Ноября 2026 14:56see160

Палата оценщиков: В октябре продолжился рост цен на квартиры в новостройках

05 Ноября 2026 17:09see158
newsПоследние новости
Самые свежие и актуальные события дня