Icma.az
close
up
AZ
Menu

Ракетный удар ВСУ обезглавил 51 ю армию России Minval Politika

Зеленский подтвердил удар по НПЗ в Ярославле ВИДЕО

Союзничество по русски в Москве снова подыгрывают провокаторам?

105 лет со дня рождения Сейфаддина Даглы: жизнь и творчество выдающегося азербайджанского писателя

Трамп: Россия не собирается нападать на территорию НАТО

В Барде автомобиль врезался в жилой дом, пострадали три человека

Баку и Душанбе обсудили привлечение азербайджанских инвестиций в СЭЗ Таджикистана

Подготовка к школе в Азербайджане: сколько стоит собрать ребенка к учебному году?

Блейк Лайвли получит от Джастина Бальдони компенсацию за судебные издержки

Ташкентская фондовая биржа возобновляет торги с акциями Davr Bank после сделки с ABB

Средний коридор набирает скорость

Выставка Вторая жизнь первое мероприятие в рамках Дня города Лачин (ФОТО)

В Минтруда обсудили с работодателями занятость в Карабахе и Восточном Зангезуре

Ойан Назериани: Женская сборная Азербайджана по борьбе впервые в истории стала чемпионом мира

Ялчын Рафиев рассказал о перспективах сотрудничества Азербайджана с ОИС

Глава МАГАТЭ заявил об отсутствии доказательств восстановления ядерных объектов Ирана

Украинская армия ударила по жилому комплексу сына Януковича: какие были цели?

Лукашенко летит в Россию на разговор с Путиным Minval Politika

Трамп заверил: Россия не нападет на НАТО Minval Politika

Новый фильм с Джейсоном Стетхэмом слили в сеть до премьеры

Paşinyan sülhdən danışaraq savaşa hazırlaşır?

Paşinyan sülhdən danışaraq savaşa hazırlaşır?

Icma.az, ссылаясь на сайт Day.az, передает.

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Ermənistanın baş naziri Nikol Paşinyan sanki köhnəlmiş bir val kimi, dayanmadan sülh sazişinin imzalanmasının vacibliyindən danışır, halbuki Azərbaycanın irəli sürdüyü əsas şərtləri yaxşı bilir: ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan Konstitusiyasının dəyişdirilməsi.

Bu tələblər Bakının mövqeyində yeni deyil - Paşinyan hələ özünü "sülhməramlı" kimi təqdim etməyə başlayanda bu şərtlər açıq və birmənalı şəkildə səsləndirilmişdi. O, bu şərtlərdən xəbərdardır, eyni zamanda, Ermənistanın təbliğat maşını da bu məsələdən agahdır və hər gün "sülh" barədə boş şüarlar uydurmaqla məşğuldur.

Maraq doğuran sual budur: Paşinyanı bu qədər narahat edən nə oldu?

Niyə məhz indi o, qışqıra-qışqıra və saxta inadkarlıqla təcili müqavilə imzalanmasını tələb edir? Cavab sadədir - bu, səmimi şəkildə danışıqlar prosesini başa çatdırmaq istəyindən deyil, ilk növbədə ABŞ prezidentinin administrasiyasına xoş gəlmək üçündür.

Məhz bu səbəbdən Fransa prezidenti Emmanuel Mamkron məhz indi köhnə sovet şüarını - "Dünyaya sülh!" - yada salıb və Cənubi Qafqazda sabitlikdən danışmağa başlayıb.

Paşinyan isə özünəxas siyasi demoqoq üslubunda bu geosiyasi narrativə daxil olmağa və özünü sülhməramlı kimi göstərməyə çalışır.

Lakin onun "sülh göyərçini" obrazı saxta görünür, çünki Ermənistan pərdəarxasında sabitliyin təmin edilməsi üçün real addımlardan yayınmaqda davam edir. Bakının tələbləri tam əsaslıdır.

Ermənistan Konstitusiyası hələ də gecikmiş partlayıcı maddə kimi təhlükə saçır. Bu sənəddə Qarabağa dair ərazi iddialarını dəstəkləyən müddəalar yer alır.

Müddəalar dəyişməyincə, revanş və yeni müharibə təhlükəsi bölgənin başı üzərində "Damokl qılıncı" kimi asılı qalacaq. Bu, sadəcə formal məsələ deyil, real təhlükədir və heç bir sağlam düşüncəli tərəf bunu gözardı edə bilməz. İroniya ondadır ki, hətta erməni ekspertlər də bu faktı etiraf edirlər.

Onlar açıq şəkildə bildirirlər ki, revanşistlər hakimiyyətə gəlsə və ya uyğun şərait yaransa, Konstitusiyadakı bu müddəaların olmaması belə Ermənistanı yeni təcavüzə başlamaqdan saxlamayacaq. İrəvanda radikal siyasətçilər hərbi avantüra barədə açıq şəkildə xəyal qurur, revanş planlarını gizlətmirlər.

Buna görə də Konstitusiyanın dəyişdirilməsi tələbi Bakının kaprizi deyil, təhlükəsizliyin təmin edilməsi üçün real tədbirdir.

Bu addım Ermənistanın ərazi iddialarına birdəfəlik son qoymalıdır. Azərbaycan anlayır ki, Konstitusiyanın dəyişdirilməsi Ermənistanda referendum tələb edir - bu isə nəhayət erməni cəmiyyətini reallığa baxmağa məcbur edəcək demokratik prosedurdur.

Ya onlar Qarabağa dair iddialarını qoruyub saxlayacaqlar, ya da sülhü seçəcəklər. Maraqlıdır ki, Paşinyan 2021-ci ildə hakimiyyətə məhz revanşist planlardan imtina zərurəti şüarları ilə gəlmişdi, lakin indi bu mövzudan hər vəchlə yayınmağa çalışır. Onun ziddiyyətli mesajları yalnız onu göstərir ki, o, real sülh prosesinə hazır deyil.

Hazırda Paşinyan tələsik və yarımçıq hazırladığı "sülh təşəbbüsünü" bölgədə sabitliyə gedən yeganə yol kimi təqdim etməyə çalışır.

Amma onun çılğın çağırışları əslində diplomatların səylərini zərbə altına qoyur və yeni spekulyasiyalara yol açır. Azərbaycan sülh danışıqlarını yalnız şüarlarla dolu siyasi şouya çevirməyə imkan verməyəcək.

Sülh yalnız möhkəm hüquqi baza üzərində mümkündür - Ermənistanın ərazi iddialarından imtinası və bunun Konstitusiyada təsbit edilməsi ilə. Paşinyanın taktikası sadəcə Qərbin rəğbətini qazanmaq üçün aciz bir cəhddir. Lakin əsas şərtlər yerinə yetirilmədən onun açıqlamaları siyasi boşluqda əks-səda doğuran mənasız söz yığını olaraq qalır. Azərbaycan özünü boş vədlərlə aldatmağa imkan verməyəcək.

Sülh yalnız zəmanətlərə əsaslanmalıdır, boş vədlərə yox.

Paşinyan sülh müqaviləsinin təcili imzalanması ideyasını təkidlə irəli sürməyə davam edir, guya bununla dünyaya sülh və sabitliyə can atdığını nümayiş etdirir. Lakin bu nümayişkaranə pasifizmin arxasında daha təhlükəli bir niyyət gizlənir - geosiyasi arenada riyakar oyun, Qərbin rəğbətini qazanmaq cəhdi və regionda real sabitliyin qurban verilməsi.

Problemin kökü isə ondadır ki, Paşinyan gözəl anlayır ki, Ermənistan Konstitusiyasında yer alan və erməni ərazi iddialarını hüquqi cəhətdən möhkəmləndirən müddəalar dəyişmədikcə sülh danışıqları mənasızdır. Bu sənəd özlüyündə bir növ "müharibə çeki", Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirməyə imkan verən alətdir.

Ermənistan Konstitusiyasında saxlanılan "Artsaxın beynəlxalq tanınmasına dəstək" ifadəsi sadəcə keçmişin qalıqları deyil, gələcək sülhə açıq təhlükədir.

Ermənistanda hansısa siyasi qüvvənin yaranması və vətənpərvərlik hissləri üzərindən oynayaraq bu bəndi yeni avantüralar üçün hüquqi əsas kimi istifadə edəcəyi ehtimalı olduqca realdır. Özlərini açıq şəkildə bu xəyal ilə təqdim edən belə qüvvələr Ermənistanda var və onlar açıq şəkildə səslərini ucaldırlar.

Radikal erməni qrupları - mitinqlərdə "Qarabağın qaytarılması" barədə şüarlar səsləndirən həmin dairələr çoxdan bəyan ediblər ki, onlar üçün sülh müqaviləsi sadəcə taktiki manevrdir.

Millətçi "Sasna Çrer" hərəkatının lideri Jirayr Sefilyan açıq şəkildə bildirib ki, Qarabağdan imtina "millət üçün utanc" olacaq və Ermənistan revanşa hazırlaşmalıdır. Bu bəyanatlar kluarlarda deyil, açıq media məkanında səsləndirilir və revanşistlərin fəallığı ilə müşayiət olunur.

Onlar inanırlar ki, Bakı ilə hər hansı kompromis xəyanət deməkdir. Paşinyan bu təhlükəli ritorikanı kökündən kəsmək əvəzinə, tam əksinə, revanş haqqında xəyallarla yaşayanların gözləntilərini qızışdırır.

Onun Konstitusiya dəyişmədən sülh müqaviləsi imzalamaq çağırışları həm öz xalqını, həm də beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi kimi görünür. Paşinyan dünyaya gözəl bir mənzərə satmaq istəyir: guya o, bölgədə sabitliyə çağıran bir sülhməramlıdır, halbuki bölgə yalnız Bakının "inadkarlığı" səbəbindən müharibə həddində dayanıb. Ancaq bu görüntü oyunu artıq təhlükəli xarakter alır.

Xüsusilə narahatlıq doğuran məqam odur ki, bu məkrli strategiya Qərbdə dəstək qazanıb.

ABŞ və Fransa Paşinyanı bölgədə öz geosiyasi maraqlarını həyata keçirmək üçün rahat tərəfdaş kimi görərək, ona dəstək verməkdən çəkinmirlər. Xüsusilə Paris son aylarda fəallığını artıraraq Ermənistanı açıq şəkildə silahlandırır və Cənubi Qafqazda təsirini gücləndirməyə çalışır.

Fransız hərbi təlimatçıları artıq Sünik vilayətində aktiv şəkildə təlimlər keçirlər, Paşinyan isə bunu guya təhlükəsizlik zəmanəti kimi təqdim edir. Əslində isə bu, birbaşa təxribatdır və Ermənistanda revanşist əhval-ruhiyyəni daha da qızışdırır.

Paşinyan çoxdan iflasa uğramış ATƏT-in Minsk qrupunu yenidən dirçəltməyə cəhd göstərir. Bu qurum illər boyu heç bir fəaliyyəti ilə yadda qalmadı və Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına şərait yaratmaqdan başqa heç nəyə nail olmadı. Minsk qrupu nə müharibənin qarşısını ala bildi, nə də real həll təklif etdi və artıq çoxdan lazımsız alətə çevrilib.

Minsk qrupunu yenidən gündəmə gətirməklə Paşinyan bir məqsəd güdür: sülh deyil, danışıqlar prosesini uzatmaq və vaxt qazanmaq. Ancaq bu vaxt oyun artıq çox təhlükəli həddə çatıb.

Son iki il ərzində Ermənistan hərbi xərclərini 46% artırıb və Fransadan ağır silah partiyaları alıb. Bununla yanaşı, 2024-cü ilin mart ayında Sünik vilayətində genişmiqyaslı hərbi təlimlər keçirilib, burada erməni hərbçiləri hücum manevrlərini məşq ediblər. Reallıq budur ki, Paşinyan sülh istəmir.

O, sadəcə vaxt qazanmağa çalışır. Onun taktikası Ermənistanın guya diplomatik fəallıq nümayiş etdirdiyi görüntüsü yaratmaq və əlverişli məqamda yenidən ərazi iddiaları kartını oynamaqdır. Bu köhnə taktikadır - sülh barədə qışqırıb, arxa planda eskalasiya üçün hazırlıqlar aparmaq.

Minsk qrupunun ləğvi və Ermənistan Konstitusiyasının dəyişdirilməsi olmadan heç bir razılaşma real dəyər daşıya bilməz. Paşinyan hamını qapının açıq olduğunu inandırmağa çalışır, halbuki qapı çoxdan bağlanıb və açar Bakının əlindədir. Reallıq budur ki, yeni siyasi reallıqlar qəbul edilmədən və Ermənistan ərazi iddialarından imtina etmədən bu proses heç bir nəticə verməyəcək.

Bu isə təkcə siyasi səhv deyil - bu, bölgənin gələcəyinə qarşı cinayətdir. Paşinyanın siyasəti sadəcə siyasi korluğun təzahürü deyil, həm də Cənubi Qafqazın sabitliyini təhlükəyə atan təhlükəli bir oyundur.

"Hər nə bahasına olursa-olsun sülh" şüarları, əslində, yeni münaqişə mexanizmini işə salmaq cəhdinin arxasında gizlədilən aciz bir pərdədən başqa bir şey deyil.

Paşinyanın əsas yalanı onun dünyaya guya irəliləyiş varmış kimi illüziya təqdim etmək cəhdindədir, halbuki əslində o, yeni eskalasiya üçün ideal şərait yaradır. Onun Ermənistan Konstitusiyasını dəyişdirməkdən imtinası İrəvanda əlverişli məqam gözlənildiyini və münaqişənin yenidən alovlandırılmasına ümid bəsləndiyini təsdiqləyir.

Belə ikiüzlü taktika yalnız Ermənistan və Azərbaycan üçün deyil, bütövlükdə regional təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Paşinyanın özünü "sülhməramlı" kimi təqdim etmək cəhdi Qərbin siyasi səhnəsində alqış qazanmaq üçün deyil, eyni zamanda real təhlükələrdən diqqəti yayındırmaq üçün planlanmış addımdır.

Əslində, İrəvanın təxribatçı siyasətinin davam etməsi bölgədə gərginliyin artmasını qaçılmaz edəcək.

Paşinyanın ATƏT-in Minsk qrupunu yenidən canlandırmaq cəhdi də Ermənistanın sülh sazişi bağlamağa deyil, prosesi uzadıb vaxt qazanmağa çalışdığını açıq şəkildə göstərir.

Minsk qrupu artıq köhnəlmiş və özünü tamamilə tükətmiş bir mexanizmdir. Bu qurum illərlə Ermənistanın işğal siyasətinə və danışıqlar prosesinin məqsədli şəkildə pozulmasına pərdə çəkmək üçün istifadə edilib.

Paşinyanın bu ölü strukturu siyasi arxivdən yenidən çıxarmaq cəhdi yalnız vaxt uzatmaq və Azərbaycanla münasibətlərin normallaşması istiqamətində atılmalı olan qaçılmaz addımları təxirə salmaq məqsədi güdür.

Eyni zamanda, Ermənistanın Fransadan aldığı silah partiyaları da vəziyyəti açıq şəkildə göstərir. İrəvan yalnız sülhə hazır olmamaqla kifayətlənmir, eyni zamanda revanşa aktiv şəkildə hazırlaşır. Ermənistan aqressiv siyasətinin hüquqi bazasını aradan qaldırmaq üçün heç bir addım atmır.

Paşinyan bu mövzudan bilərəkdən yayınır, çünki 44 günlük müharibədəki məğlubiyyətin əvəzini çıxmağa ümid edən radikal qüvvələrin dəstəyini itirməkdən ehtiyatlanır. Lakin bu strategiya təkcə səhv deyil - bu, ölümcül təhlükədir. Ermənistan bu çirkin oyunu davam etdirsə, onu fəlakətli nəticələr gözləyir.

Bölgədə sülh yalnız real zəmanətlər əsasında mümkündür - Ermənistanın ərazi iddialarından hüquqi cəhətdən imtina etməsi, Minsk qrupunun ləğvi və təhlükəsizlik mexanizmlərinin şəffaf şəkildə qurulması ilə.

Hazırda söhbət təkcə ikitərəfli münasibətlərin gələcəyindən deyil, bütövlükdə Qafqazın gələcək istiqamətindən gedir. Paşinyan yalan və manipulyasiya yolunu seçərək təkcə beynəlxalq ictimaiyyətin etimadını itirmək riski daşımır, həm də özü üçün və Ermənistan üçün fəlakətli nəticələr doğura biləcək yeni münaqişəyə təkan verir.

Paşinyanın artıq açıq-aşkar dərk etməli olduğu həqiqət budur: sülh yalan və illüziyalar üzərində qurula bilməz. Bakının irəli sürdüyü konkret şərtlər - Konstitusiyanın yenidən nəzərdən keçirilməsi və ərazi iddialarından imtina edilmədən - Paşinyanın bütün "sülh təşəbbüsləri" yalnız boş söz yığınından ibarət olacaq.

Paşinyan qaçılmaz olanı gizlətməyə çalışır, lakin sözlər dövrü artıq bitib - indi hərəkət vaxtıdır.

Əgər Paşinyan hiyləgər oyununu davam etdirsə, tarix bir daha sübut edəcək ki, saxta sülhməramlılar həmişə öz avantüralarının külündə məhv olurlar.

Для получения более подробной информации и свежих новостей, следите за обновлениями на Icma.az.
seeПросмотров:124
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 20 Марта 2025 10:36
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Ракетный удар ВСУ обезглавил 51 ю армию России Minval Politika

28 Августа 2026 09:39see1185

Зеленский подтвердил удар по НПЗ в Ярославле ВИДЕО

28 Августа 2026 13:49see267

Союзничество по русски в Москве снова подыгрывают провокаторам?

27 Августа 2026 18:30see257

105 лет со дня рождения Сейфаддина Даглы: жизнь и творчество выдающегося азербайджанского писателя

27 Августа 2026 16:11see255

Трамп: Россия не собирается нападать на территорию НАТО

27 Августа 2026 22:01see254

В Барде автомобиль врезался в жилой дом, пострадали три человека

27 Августа 2026 18:28see252

Баку и Душанбе обсудили привлечение азербайджанских инвестиций в СЭЗ Таджикистана

27 Августа 2026 18:28see231

Подготовка к школе в Азербайджане: сколько стоит собрать ребенка к учебному году?

27 Августа 2026 19:10see209

Блейк Лайвли получит от Джастина Бальдони компенсацию за судебные издержки

27 Августа 2026 07:31see208

Ташкентская фондовая биржа возобновляет торги с акциями Davr Bank после сделки с ABB

27 Августа 2026 17:40see204

Средний коридор набирает скорость

27 Августа 2026 15:18see204

Выставка Вторая жизнь первое мероприятие в рамках Дня города Лачин (ФОТО)

27 Августа 2026 09:29see202

В Минтруда обсудили с работодателями занятость в Карабахе и Восточном Зангезуре

27 Августа 2026 18:54see202

Ойан Назериани: Женская сборная Азербайджана по борьбе впервые в истории стала чемпионом мира

27 Августа 2026 20:51see201

Ялчын Рафиев рассказал о перспективах сотрудничества Азербайджана с ОИС

27 Августа 2026 21:21see201

Глава МАГАТЭ заявил об отсутствии доказательств восстановления ядерных объектов Ирана

27 Августа 2026 16:37see199

Украинская армия ударила по жилому комплексу сына Януковича: какие были цели?

27 Августа 2026 12:23see197

Лукашенко летит в Россию на разговор с Путиным Minval Politika

27 Августа 2026 19:47see182

Трамп заверил: Россия не нападет на НАТО Minval Politika

27 Августа 2026 22:12see175

Новый фильм с Джейсоном Стетхэмом слили в сеть до премьеры

27 Августа 2026 16:41see172
newsПоследние новости
Самые свежие и актуальные события дня