Icma.az
close
up
AZ
Prezident İlham Əliyev Azəri, Çıraq və Günəşli yataqları ilə bağlı qanunu imzaladı

Prezident İlham Əliyev Azəri, Çıraq və Günəşli yataqları ilə bağlı qanunu imzaladı

Prezident İlham Əliyev "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma"nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunu imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, 2024-cü il avqustun 1-də Bakı şəhərində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (AÇG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Ekvinor Abşeron AS, Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., MOL Azərbaycan, Ltd., ONGC Videş Limited, Türkiye Petrolleri A.O. arasında imzalanmış "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma" (bundan sonra - İkinci Qoşma) qəbul və təsdiq edilir, onun həyata keçirilməsinə icazə verilir.

İkinci Qoşmanın əsas mətninə edilmiş iki (2) Əlavə Bölmə (bundan sonra - Əlavələr) qəbul və təsdiq edilir və onların həyata keçirilməsinə icazə verilir.

Bu Qanun qüvvəyə mindikdən sonra İkinci Qoşma və Əlavələr Qanun olurlar. İkinci Qoşmada konkret surətdə başqa hallar göstərilməyibsə, İkinci Qoşma və Əlavələr İkinci Qoşmanın qüvvədə olduğu müddət ərzində İkinci Qoşmaya və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.

Bu Qanun qüvvəyə mindiyi tarixdən İkinci Qoşma və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Podratçı tərəflərə İkinci Qoşmada və Əlavələrdə nəzərdə tutulan sərbəst təbii qaz kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

Bu Qanun qüvvəyə mindikdən sonra Podratçı tərəflərin (və ya onların hüquq varislərinin) İkinci Qoşma və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçı tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.

İkinci Qoşmadan irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Podratçı tərəflərə bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.

İkinci Qoşmaya və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər və dəyişikliklər yalnız bu Qanunun 1-ci maddəsində qeyd olunmuş Sazişin tərəflərinin yazılı razılığı ilə edilir.

seeПросмотров:24
embedИсточник:https://news.day.az
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Между Азербайджаном и Арменией состоялся обмен мнениями по вопросам пропавших без вести граждан

07 Февраля 2025 21:02see128

В Эгейском море произошло очередное землетрясение

07 Февраля 2025 21:01see127

Никто не хочет летать над Россией… и лететь в Россию наш комментарий

08 Февраля 2025 05:15see119

Подоляк: Киеву было бы лучше, если США вступили в войну с Россией

07 Февраля 2025 13:26see114

Руфат Абдуллазаде: Матчи с Карабахом друг от друга не отличаются

07 Февраля 2025 19:25see112

Трамп заявил, что не торопится с реализацией плана по Газе

08 Февраля 2025 03:20see109

Трамп заявил, что считает возможной встречу с Путиным

08 Февраля 2025 00:09see108

Трамп запретил Байдену доступ к секретным данным

08 Февраля 2025 06:09see106

В Азербайджане распространяется новый вид мошенничества с использованием ИИ

08 Февраля 2025 05:31see106

Торговый рекорд ФРГ поставил Германию под удар тарифов Трампа

07 Февраля 2025 17:34see105
newsПоследние новости
Самые свежие и актуальные события дня