Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişikliklə bağlı fərman imzaladı
Icma.az сообщает, основываясь на информации сайта Day.az.
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi fərman imzalayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən onlara göstərilən tibbi xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin həmin mallar gömrük qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisindən hava və su nəqliyyatı vasitəsilə aparılarkən və əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisini hava və su nəqliyyatı vasitəsilə tərk edərkən geri qaytarılması qaydasını tənzimləyir.
Tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə isə həmin şəxslər tibbi xidmətlərin göstərilməsi tarixindən 90 gün müddətində ölkə ərazisini tərk etdikləri halda şamil edilir və müvafiq xidmətlərə görə ödənilmiş ƏDV yalnız nağdsız ödənişlər üzrə qaytarılır.
Другие новости на эту тему:
Просмотров:182
Эта новость заархивирована с источника 07 Января 2025 16:22 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















