Icma.az
close
up
AZ
Prezident İlham Əliyev bir sıra qanunlara dəyişiklikləri təsdiqlədi

Prezident İlham Əliyev bir sıra qanunlara dəyişiklikləri təsdiqlədi

Prezident İlham Əliyev "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki,  sənədə əsasən, bu Qanunda nəzərdə tutulan sığorta haqqı sığortalı tərəfindən hər ay üçün hesablanır, əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, sığortalı Azərbaycan Respublikasında fəaliyyətini müvəqqəti dayandırdıqda, habelə sığortalı ləğv edildikdə, yaxud fəaliyyətinə xitam verildikdə isə bu barədə müvafiq ərizədə (arayışda) göstərildiyi tarixdən 30 gün müddətində, lakin hesabatın təqdim edilməsi üçün bu Qanunla müəyyən edilmiş müddətdən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə hesabat təqdim edilir.

Bu Qanun 2025-ci il yanvarın 1-dən sonra bağlanmış həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə ödənilən sığorta haqlarına münasibətdə tətbiq edilir.

Qeyri-dövlət sektoruna aid edilməyən sığortaedənlərə münasibətdə 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 ili tamam olmamış həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan sosial sığorta haqqı ilə bağlı güzəşt yalnız həmin müqavilələr bağlandığı tarixdən 3 il ərzində ödənilən sığorta haqlarına tətbiq edilir.

Qeyri-dövlət sektoruna aid edilməyən sığortaedənlərə münasibətdə 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 illik müddəti tamam olmuş həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan sosial sığorta haqqı ilə bağlı güzəşt yalnız 2025-ci il yanvarın 1-dək ödənilən sığorta haqlarına tətbiq edilir.

Bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

seeПросмотров:40
embedИсточник:https://news.day.az
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Катастрофа самолета AZAL Баку Грозный: Хоть бы извинились!

27 Декабря 2024 10:29see131

Герои неба: экипаж AZAL предотвратил еще большую трагедию Новости Азербайджана

27 Декабря 2024 19:02see125

Отменят ли армяне рейсы в Россию? Haqqin

27 Декабря 2024 19:45see123

Эксглава НАТО возглавил Бильдербергский клуб Новости Азербайджана

27 Декабря 2024 10:02see123

Flydubai отменила рейсы в Дубай из России

27 Декабря 2024 17:12see120

Азербайджанские спортсмены завоевали рекордное количество медалей на международных соревнованиях Новости Азербайджана

27 Декабря 2024 14:54see119

В Сирии убит один из лидеров режима Асада и активист Хезболлы ФОТО

27 Декабря 2024 09:40see118

Байрамов проинформировал Фидана о расследовании авиакатастрофы

27 Декабря 2024 21:50see117

Азербайджанские депутаты утвердили новые штрафы за нарушения на платных дорогах

27 Декабря 2024 11:58see117

Ильхама Эльшадгызы арестована по серьезному обвинению Новости

27 Декабря 2024 10:47see116
newsПоследние новости
Самые свежие и актуальные события дня