Prezident İlham Əliyev Kasım Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
По материалам сайта Day.az, передает Icma.az.
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda qeyd olunub:
"Hörmətli Kasım-Jomart Kemeleviç,
Qazaxıstan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Qazaxıstanın hər bir sahədə əldə etdiyi sanballı uğurları, iqtisadi inkişafı, əhalinin rifahının artması və beynəlxalq aləmdə yüksək nüfuz qazanması Sizin rəhbərliyiniz altında ölkədə aparılan əhəmiyyətli islahatların və yorulmaz fəaliyyətinizin nəticəsidir.
Xalqlarımızın ortaq tarixi-mədəni kökləri dövlətlərarası əməkdaşlığımızı şərtləndirən başlıca amillərdəndir. Qardaş ölkələrimiz arasında əlaqələr qarşılıqlı etimad və yüksək hörmət ruhunda inkişaf edir. Bu il imzalanmasının 20 illiyini qeyd etdiyimiz "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə" dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini əyani şəkildə əks etdirir.
Siyasi təmaslarımızın intensivliyi, ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə, xüsusilə də ticari-iqtisadi, energetika, o cümlədən yaşıl enerji, nəqliyyat, investisiya, informasiya texnologiyaları, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.
Bu yaxınlarda qardaş ölkənizə həyata keçirdiyim dövlət səfərim zamanı əldə etdiyimiz nəticələr, razılaşmalar və imzaladığımız sənədlər münasibətlərimizin daha da dərinləşdirilməsi istiqamətində sarsılmaz iradəmizin və əzmimizin bariz nümunəsidir.
Əminəm ki, Azərbaycan-Qazaxıstan qardaşlığının, etibarlı strateji tərəfdaşlığının və müttəfiqliyinin möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".
Другие новости на эту тему:
Просмотров:111
Эта новость заархивирована с источника 25 Октября 2025 11:10 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















