Sadhquru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Как передает Icma.az со ссылкой на сайт Day.az.
İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident İlham Əliyev.
Yenidən gözəl Azərbaycana və gözəl Bakı şəhərinə gəlmək mənim üçün böyük şərəfdir. İkinci səfərim zamanı mənə göstərdiyiniz sevgi və səmimiyyətə görə minnətdaram.
Azərbaycan COP-un ən mühüm sammitlərindən birinə ev sahibliyi edir. Planetimizin torpaqlarının qlobal səviyyədə dəhşətli çirklənməsinə səbəb olan böhranla üz-üzə olduğu bir dövrdə yaşıl dünya naminə həmrəylik böyük əhəmiyyət daşıyır və aktualdır. Torpaqların sağlamlaşdırılmasının təcili diqqətə ehtiyacı olduğuna dair dünya dövlətləri arasında geniş konsensusu nəzərə alaraq Azərbaycanın bu gün torpağın sağlamlaşdırılması və münbitliyinin bərpası istiqamətində regionda liderlik etmək, torpağın qida, su təhlükəsizliyinə və biomüxtəlifliyə, iqtisadiyyata və ekologiyaya təsirini nümayiş etdirmək imkanı var.
"Save Soil" hərəkatı inkişaf edən və zəngin nemətlərə malik planetin bərpasına dərindən sadiqliyini bildirir. Biz daha yaşıl və daha sağlam planetə kollektiv baxışımızı nümayiş etdirmək məqsədilə ölkənizin torpağın yenidən sağlamlaşdırılmasında bütün Mərkəzi Asiya regionunda lider rolunu oynaması üçün hər cür lazımi dəstəyi təklif edəcəyik.
Bu möhtəşəm tədbirə ev sahibliyi etdiyinizə, o cümlədən səmimi və yüksək səviyyəli qonaqpərvərliyə görə Sizi və Azərbaycan xalqını təbrik edir, minnətdarlığımızı bildiririk".
Другие новости на эту тему:
Просмотров:144
Эта новость заархивирована с источника 16 Ноября 2024 17:11 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















