Prezident İlham Əliyev Maya Sandunya təbrik məktubu ünvanlayıb
Как передает Icma.az, со ссылкой на сайт Day.az.
Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti Maya Sanduya təbrik məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli xanım Prezident,
Moldova Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Biz Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk.
Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafeləri naminə birgə səylərimizlə Azərbaycan-Moldova əlaqələrinin mövcud potensialından daha səmərəli istifadə olunmasına, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran fəaliyyətimizin daha da inkişafına nail ola bilərik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Moldova xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Другие новости на эту тему:
Просмотров:53
Эта новость заархивирована с источника 27 Августа 2025 11:19 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















