Icma.az
close
up
AZ
Menu

Юра Унитаз и война дронов: почему назначение Ваганова взбесило даже z блогеров

Запущен обновленный сайт заповедника Ичеришехер ФОТО

Китай по отношению госдолга к ВВП приблизился к США

Москва и Баку обсудили международную повестку

Представители МККК посетили армянского террориста в азербайджанской тюрьме Minval Politika

К сведению водителей! На ряде дорог будет гололедица

Рождество в Кельнском соборе прервал танцующий мужчина в золотой маске

Зеленский: Мы имеем дело с варварами, которые даже в Бога не верят Minval Politika

В результате атак РФ на Харьковскую область есть погибшие и десятки раненых

Подписан договор о научно образовательном сотрудничестве между АМУ и GİBTÜ

От руководителя Эстонско азербайджанского дома Захры Гахраманлы

CNN: При попытке сбежать в Румынию погибли минимум 29 украинцев

Экс защитник сборных Азербайджана арестован в Турции

В балакенской школе произошел пожар

Кяпаз арендовал хавбека Туран Товуза

В Китае открыли самый длинный в мире тоннель

Сепаратистский урожай что посеешь, то и получишь ОБЗОР

Что посеешь, то и пожнёшь , Кобахидзе о визовых ограничениях для граждан ЕС

"Opel" врезался в дерево и перевернулся в Товузе ФОТО

Системное уродство армянской оккупации: политика грабежа и уничтожения ОБЗОР от Эльчина Алыоглу

Prezident İlham Əliyevin ABŞ yə səfəri Qlobal investorlarla görüşlərin iqtisadi və geosiyasi təsirləri

Prezident İlham Əliyevin ABŞ yə səfəri Qlobal investorlarla görüşlərin iqtisadi və geosiyasi təsirləri

Как передает Icma.az, основываясь на информации сайта Day.az.

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına son səfəri zamanı BMT Baş Assambleyasının 80-ci sessiyasında da çıxış edib. Prezident İlham Əliyev çıxışı zamanı bir sıra məsələlərə toxunub.

Day.Az xəbər verir ki, bu sözləri Trend-ə politoloq Azər Qarayev bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev çıxışında 30 ilə yaxın davam edən işğal dövründə Ermənistanın törətdiyi ədalətsizlikləri vurğulayıb.

"Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq 2020-ci ildə 44 günlük Vətən müharibəsini apardığını və bu müharibənin nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini bildirir. Bu, beynəlxalq auditoriyaya Azərbaycanın güc tətbiqini hüquqi çərçivədə əsaslandırmaq üçün ünvanlanmış ciddi bir mesajdır. Nitqdə həmçinin postmüharibə dövründə sülh təşəbbüsləri, iqtisadi bərpa, COP29 çərçivəsində iqlim liderliyi və enerji təhlükəsizliyində Azərbaycanın artan rolu ön plana çəkilir. Eyni zamanda, Azərbaycanın regional və qlobal əməkdaşlığa açıq və sülh yönümlü siyasəti nümayiş etdirilir. Prezident İlham Əliyev beynəlxalq hüququn icra olunmamasını və ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətini tənqid edir."

A. Qarayev qeyd edib ki, Vətən müharibəsinin uğurla başa çatmasından sonra Azərbaycanın sülh təşəbbüsləri, xüsusilə Ermənistanla münasibətlərin normallaşdırılması və ABŞ-ın vasitəçiliyi ilə əldə olunan yeni razılaşmalar təqdim olunur.

"Vaşinqton Sammiti çərçivəsində imzalanmış sənədlər və "Tramp Marşrutu" kimi regional layihələr davamlı sülh və əməkdaşlıq üçün mühüm addımlar kimi göstərilir. Nitqdə həmçinin Azərbaycanın enerji təhlükəsizliyindəki rolu, iqlim dəyişikliyinə qarşı COP29-da liderlik fəaliyyəti və iqtisadi inkişaf nailiyyətləri qeyd edilir. Humanitar yardım, mina təhlükəsi və ekoloji çağırışlar kimi məsələlər də diqqətə çatdırılır. Ümumilikdə, nitq Azərbaycanın müharibədən sülhə doğru keçidini, beynəlxalq hüquqa sadiqliyini və konstruktiv əməkdaşlıq mövqeyini nümayiş etdirir."
Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına son səfəri zamanı dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri ilə keçirdiyi görüşlər, Azərbaycanın beynəlxalq maliyyə məkanında möhkəmlənən mövqeyini və qlobal investisiya mühitində artan strateji əhəmiyyətini əks etdirən mühüm hadisədir.

Politoloq bildirib ki, bu görüşlər təkcə diplomatik və iqtisadi protokol çərçivəsindəki adi təmaslar deyil, eyni zamanda, Azərbaycanın hazırda hansı səviyyədə qlobal maliyyə oyunçularının radarında olduğunu göstərən ciddi indikatorlardır.

"İlk növbədə, burada diqqətçəkən əsas məqam görüşlərin təşəbbüskar tərəfin - yəni "Blackstone", "Brookfield Asset Management" və "Neuberger Berman" kimi maliyyə nəhənglərinin - olmasıdır. Bu qurumların hər biri yalnız kapital həcminə görə deyil, həm də qlobal iqtisadi trendlərin formalaşmasında oynadığı rol baxımından liderlər sırasındadır. Onların Prezident İlham Əliyevlə birbaşa görüşə can atması, Azərbaycanın iqtisadi potensialına və regional roluna verdikləri yüksək qiymətin bariz nümunəsidir.

Bu şirkətlər təkcə trilyonlarla dollar dəyərində aktivləri idarə edən qurumlar deyil, eyni zamanda, strateji sektorlara - daşınmaz əmlak, infrastruktur, rəqəmsal texnologiyalar, yaşıl enerji, səhiyyə və təhsil sahələrinə - yönəlmiş investisiya siyasəti ilə seçilirlər. Onların maraq dairəsinə düşmək, bir çox hallarda ölkələrin və regionların inkişaf prioritetlərini dəyişə biləcək gücdə olan kapital axınlarını cəlb etmək deməkdir. Azərbaycan bu mənada artıq təkcə enerji ixracatçısı deyil, həm də rəqəmsal transformasiya, bərpa olunan enerji və yüksək texnologiyalar üzrə gələcək yönümlü bazar kimi təqdim olunur."

A.Qarayev qeyd edib ki, Azərbaycanın bu qlobal oyunçularla tərəfdaşlıqda olması isə sırf iqtisadi deyil, həm də geosiyasi baxımdan strateji nəticələr doğurur.

"Belə ki, Qafqazda və daha geniş mənada Avrasiya məkanında iqtisadi güc balansı getdikcə daha çox alternativ enerji, logistika və texnoloji imkanlar üzərində qurulur. Bu sahələrdə ciddi kapital cəlb edə bilən ölkələr regionun iqtisadi və siyasi gələcəyini formalaşdırmaqda əsas söz sahibi olurlar. Azərbaycanın "Blackstone", "Brookfield" və "Neuberger Berman" kimi şirkətlərlə əməkdaşlıq imkanları, məhz bu mənada strateji əhəmiyyət daşıyır.

Görüşlər zamanı Azərbaycanın həyata keçirdiyi iqtisadi islahatlar, investisiya mühitinin şəffaflaşdırılması, tənzimləyici çərçivələrin beynəlxalq standartlara uyğunlaşdırılması kimi məsələlər də gündəmdə olub. Bu da göstərir ki, ölkə rəhbərliyi yalnız investorların pulunu cəlb etməyə çalışmır, eyni zamanda, həmin kapitalın davamlı və səmərəli istifadəsi üçün institusional mühitin təkmilləşdirilməsinə böyük önəm verir. Bu isə uzunmüddətli xarici investisiya axınlarının əsas şərtlərindən biridir."

Politoloq bildirib ki, ARDNF-in bu qurumlarla mövcud olan tərəfdaşlığı - istər "Blackstone" ilə 1 milyard dollarlıq, istər "Brookfield" ilə 660 milyon dollarlıq, istərsə də "Neuberger Berman" ilə 600 milyon dollarlıq investisiya layihələri - Azərbaycanın artıq passiv investisiya qəbul edən ölkədən aktiv maliyyə iştirakçısına çevrildiyini göstərir.

"Bu investisiyalar yalnız maliyyə gəlirləri ilə deyil, həm də transfer olunan bilik, texnologiya və idarəetmə təcrübəsi ilə ölkə iqtisadiyyatına uzunmüddətli dəyər qatır.Digər mühüm aspekt isə bu əməkdaşlıqların Azərbaycanın iqtisadiyyatını şaxələndirmə siyasəti ilə birbaşa uzlaşmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə aparılan siyasət ölkəni neft gəlirlərindən asılılıqdan çıxarıb, qeyri-neft sektorlarının - xüsusilə logistika, rəqəmsallaşma, kənd təsərrüfatı, turizm və sənaye texnologiyaları - inkişafına yönəlmişdir. Bu baxımdan, alternativ investisiya fondlarının maraq dairəsi ilə Azərbaycanın prioritet sahələri arasında ciddi sinxronluq mövcuddur."

Для получения более подробной информации и свежих новостей, следите за обновлениями на Icma.az.
seeПросмотров:124
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 26 Сентября 2025 14:42
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Юра Унитаз и война дронов: почему назначение Ваганова взбесило даже z блогеров

26 Декабря 2025 14:57see359

Запущен обновленный сайт заповедника Ичеришехер ФОТО

26 Декабря 2025 11:47see262

Китай по отношению госдолга к ВВП приблизился к США

25 Декабря 2025 12:23see231

Москва и Баку обсудили международную повестку

25 Декабря 2025 17:48see208

Представители МККК посетили армянского террориста в азербайджанской тюрьме Minval Politika

25 Декабря 2025 19:34see202

К сведению водителей! На ряде дорог будет гололедица

25 Декабря 2025 18:33see197

Рождество в Кельнском соборе прервал танцующий мужчина в золотой маске

25 Декабря 2025 13:07see190

Зеленский: Мы имеем дело с варварами, которые даже в Бога не верят Minval Politika

25 Декабря 2025 22:53see185

В результате атак РФ на Харьковскую область есть погибшие и десятки раненых

25 Декабря 2025 11:23see181

Подписан договор о научно образовательном сотрудничестве между АМУ и GİBTÜ

25 Декабря 2025 15:13see181

От руководителя Эстонско азербайджанского дома Захры Гахраманлы

26 Декабря 2025 01:09see171

CNN: При попытке сбежать в Румынию погибли минимум 29 украинцев

25 Декабря 2025 06:33see171

Экс защитник сборных Азербайджана арестован в Турции

26 Декабря 2025 14:57see153

В балакенской школе произошел пожар

25 Декабря 2025 23:43see152

Кяпаз арендовал хавбека Туран Товуза

25 Декабря 2025 19:34see148

В Китае открыли самый длинный в мире тоннель

26 Декабря 2025 12:30see146

Сепаратистский урожай что посеешь, то и получишь ОБЗОР

25 Декабря 2025 08:09see146

Что посеешь, то и пожнёшь , Кобахидзе о визовых ограничениях для граждан ЕС

25 Декабря 2025 23:28see146

"Opel" врезался в дерево и перевернулся в Товузе ФОТО

25 Декабря 2025 22:34see139

Системное уродство армянской оккупации: политика грабежа и уничтожения ОБЗОР от Эльчина Алыоглу

25 Декабря 2025 22:35see137
newsПоследние новости
Самые свежие и актуальные события дня