Prezident İlham Əliyevin Yaxın Şərq Sammitində iştirakı Azərbaycanın qlobal diplomatiyada yeni mərhələsi
Согласно информации сайта Day.az, сообщает Icma.az.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən dəvətlə Yaxın Şərq Sülh Sammitində iştirakı ölkəmizin xarici siyasətində strateji əhəmiyyətli mərhələdir.
Day.Az xəbər verir ki, bu sözləri Trend-ə politoloq Azər Qarayev bildirib.
Politoloq bildirib ki, Bu hadisə təkcə protokol səviyyəli səfər deyil, həm də Azərbaycanın beynəlxalq diplomatiyada yeni geosiyasi vektora - Yaxın Şərq regionuna daxil olmasının rəsmi təsdiqidir.
"Prezident İlham Əliyevin son illərdə ardıcıl şəkildə həyata keçirdiyi çoxvektorlu diplomatiya strategiyası indi konkret nəticə verir: Azərbaycan artıq Cənubi Qafqazın regional aktoru olmaqdan çıxaraq, Qərb-Şərq-Cənub siyasətinin kəsişməsində yerləşən balanslı güc mərkəzi kimi formalaşır. Yaxın Şərq Sülh Sammitinə dəvət həm ABŞ rəhbərliyinin, həm də Misir kimi ərəb dünyasının aparıcı dövlətinin təşəbbüsü ilə gerçəkləşib. Bu, Azərbaycanın diplomatik nüfuzunun beynəlxalq səviyyədə etirafıdır."
A.Qarayev qeyd edib ki, burada bir neçə mühüm məqam var:
"Birincisi, Azərbaycan bu sammitdə "müşahidəçi" yox, tərəfdaş dövlət statusunda iştirak edir. Bu o deməkdir ki, Bakı yalnız regiondakı prosesləri izləməkdə maraqlı deyil, həm də sülh və təhlükəsizlik gündəminin formalaşmasında iştirak edir. İkincisi, bu dəvət Qərbin və ərəb dünyasının Azərbaycana eyni anda etimad göstərdiyini sübut edir. Belə bir vəziyyət yalnız o ölkələr üçün mümkündür ki, onların diplomatik siyasəti balanslı, etibarlı və proqnozlaşdırılandır. Üçüncüsü, Azərbaycan beynəlxalq siyasətdə artıq "təchizatçı ölkə" və "keçid qovşağı" statusundan daha irəli gedərək, vasitəçi və sabitlik ixrac edən dövlət roluna keçir. Bu kontekstdə, Prezident Əliyevin Misirdə iştirakı Azərbaycan diplomatiyasının yeni funksional mərhələyə - qlobal dialoq masalarına çıxma mərhələsinə keçdiyini göstərir."
Politoloq bildirib ki, Prezident İlham Əliyevin bu sammitdə iştirakı, əslində, Azərbaycanın bu balanslı və proqnozlaşdırıla bilən siyasət modelinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.


