Icma.az
close
up
AZ
Menu

Скандал! Разврат и прелюбодеяние в армянской церкви

В Армении разгорается секс скандал вокруг высших иерархов Армянской церкви. 18+ Minval Politika

Украинские десантники освободили Сухецкое видео

Якубович высказался об уходе из Поля чудес и выборе преемника

В Абшероне под колесами автомобиля погиб ребёнок

Президент США развеял слухи о зале Трампа в Белом доме Minval Politika

Журнал МИД России предложил денацифицировать Украину по образцу советской оккупации Германии Minval Politika

Французский суд вынес исторический приговор женщине за убийство школьницы

WMX: Зафиксирован четырехкратный рост кибератак на промышленность России

Россия освободила лидера азербайджанской диаспоры

Россия начнет войну против одной из стран Европы разбираем с Вячеславом Потапенко

Дмитриев привез в США шоколад с портретом Путина

Прогноз на 27 октября: местами дожди, мокрый снег

В Баку начался суд по делу об убийстве 75 летней женщины в посёлке Маштага

Стандартная перестрелка, а орлы обгоняют конкурентов

Дзюдоистов Азербайджана ожидает парижский ЧМ

Взрыв изнутри: ультраправый марш и крах старой Европы АНАЛИЗ от Baku Network

Американские дипломаты посетят Казахстан и Узбекистан

США повысят пошлины в отношении импорта из Канады

Пашинян заявил о начале практического этапа освобождения Первопрестольного

Prezident İlham Əliyevin Çin səfəri Orta Dəhliz, enerji və rəqəmsal sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açır Sevil Mikayılova

Prezident İlham Əliyevin Çin səfəri Orta Dəhliz, enerji və rəqəmsal sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açır Sevil Mikayılova

Icma.az сообщает, ссылаясь на сайт Day.az.

Dünyanın ən böyük, aparıcı və nəhəng siyasi-iqtisadi qütblərindən biri olan Çin Xalq Respublikası ilə münasibətlər qarşılıqlı hörmət və etimad prinsipləri əsasında inkişaf edir. İki ölkə arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Prezident İlham Əliyevin 22-24 apreldə Çin Xalq Respublikasına rəsmi səfəri Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın yeni mərhələyə qədəm qoyması baxımından əhəmiyyətli bir addım oldu. Həmçinin, dövlət başçısının Çinin CGTN telekanalına müsahibəsi Azərbaycanın xarici siyasətində və beynəlxalq münasibətlərində yeni bir mərhələnin başlanğıcı oldu. Bu səfər və müsahibə iki ölkə arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı üçün mühüm təkan verə bilər.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

S. Mikayılova qeyd edib ki, səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan Birgə Bəyanat və irəli sürülən təşəbbüslər Azərbaycan-Çin münasibətlərinin artıq yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyib. Bu səfər, Azərbaycanın beynəlxalq arenada mövqeyinin gücləndirilməsi və regional əməkdaşlığın inkişaf etdirilməsində mühüm rol oynayacaq və iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın dərinləşdirilməsi məqsədi daşıyır.

"Azərbaycan və Çin BMT-də bir-birinin ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, beynəlxalq hüquqa və suverenliyə əsaslanan mövqeləri ilə tanınırlar. Çinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və Azərbaycanın da eyni şəkildə Çin hökumətinin daxili məsələlərində, xüsusilə Tayvan və Tibet məsələlərində Pekinin mövqeyini dəstəkləməsi ölkələrimiz arasında sıx siyasi əlaqələrin olduğunu bir daha göstərir. Prezident İlham Əliyev də Çin telekanalına müsahibəsində "Vahid Çin" siyasənitini qətiyyətlə dəstəklədiyini vurğulayaraq bəyan edib: "Biz "Vahid Çin" siyasətini qətiyyətlə dəstəkləyirik. Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olmuşuq. Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir və əlbəttə ki, bu addım birgə təşəbbüsümüzdür. Beləliklə, həmin sənədin mahiyyəti çox əhəmiyyətlidir. Buna görə həmin ölkə ilə Bəyanatın imzalanması Azərbaycan üçün həqiqətən mühüm nailiyyətdir. Sizə deyə bilərəm ki, Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür. Məhz buna görə bu sənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır". Prezident Əliyevin Azərbaycan tərəfindən Çin Xalq Respublikasının "Vahid Çin" siyasətinin qətiyyətlə dəstəkləndiyini vurğulaması, Azərbaycanın Çinlə olan diplomatik münasibətlərdəki mövqeyini bir daha bəyan etməsi deməkdir. Azərbaycanın bu siyasəti dəstəkləməsi, onun Çinlə olan strateji tərəfdaşlığının dərinliyini və hər iki ölkənin bir-birinin daxili məsələlərinə hörmətlə yanaşmasının vacibliyini göstərir. Bu yanaşma Azərbaycanın müstəqil və hərtərəfli xarici siyasətini gücləndirir və ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu artırır. Çin tərəfi də öz növbəsində Azərbaycanın təklif etdiyi sülh gündəliyini dəstəkləyərək, geosiyasi intriqaların qarşısını almağa çağırıb. ŞƏT çərçivəsində isə Çin üzv, Azərbaycan isə dialoq tərəfdaşı kimi iştirak edir və bu müstəvidə qarşılıqlı siyasi dəstək və təhlükəsizlik məsələlərində əməkdaşlıq artır. Azərbaycan bu təşkilatda iqtisadi layihələrdə və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa xüsusi önəm verir. Burada xüsusilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) haqda danışmaq önəmlidir. Azərbaycan bu platformanın üzvüdür və son illərdə təşkilatda fəal mövqedə çıxış edir, hətta 2024-cü ildə AQEM-ə sədrlik etməyə başlayıb. Bu, Azərbaycanın Asiyada sülh, etimad və əməkdaşlıq təşəbbüslərində önəmli rol oynadığını təsdiqləyir. Çinin isə bu platformada güclü dəstəyi, Azərbaycanın təşəbbüslərinə müsbət yanaşması və regional təhlükəsizlikdə əməkdaşlıq istəyi, ölkələrimizin strateji diplomatik tərəfdaşlığın daha da möhkəmləndiyini göstərir ", - deyə S. Mikayılova əlavə edib.

Deputatın sözlərinə görə, görüşlərin birində Çin Xalq Respublikasının Sədri Si Cinpinin Prezident İlham Əliyevi "yaxın dost" adlandırması, yalnız dövlətlər arasındakı rəsmi əlaqələri deyil, həm də liderlər arasında qurulmuş şəxsi etimadı və dostluğu nümayiş etdirir:

"Bu ifadə iki ölkənin əlaqələrinin yüksək səviyyəsini və liderlər arasında qurulmuş etimadın nəticəsidir. Bu, yalnız dövlətlərarası münasibətlərin gücləndirilməsini deyil, eyni zamanda liderlərin şəxsi əlaqələrinin dərinliyini də göstərir. Azərbaycan-Çin dostluğun, qarşılıqlı faydalı əməkdaşlığın və strateji tərəfdaşlığın inkişafına xidmət edir və gələcəkdə münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradır. Prezident İlham Əliyev də Çin telekanalına müsahibəsində bildirmişdi ki, bizim çox mehriban münasibətlərimiz var: "Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm. Onunla görüşməyə, çox səmimi və açıq qaydada söhbət aparmağa hər zaman məmnunam". Heç şübhəsiz, hər iki dövlət liderinin səyləri nəticəsində Azərbaycan-Çin əlaqələri gələcəkdə daha da möhkəmlənəcək".

S. Mikayılova Birgə Bəyanata toxunaraq iki ölkə arasında imzalanan sənədlərin çox mühüm sahələri əhatə etdiyini bildirib.

"Bu sənədlər iki ölkə arasında qarşılıqlı hörmət, bərabərlik və dəstək prinsipləri əsasında əlaqələrin inkişafını nəzərdə tutur. Bunlar hüquq, yaşıl inkişaf, rəqəmsal iqtisadiyyat, əqli mülkiyyət və kosmik tədqiqatlar sahələrində əməkdaşlığı əhatə edir. Həmçinin, hər iki ölkənin adi pasport sahibləri üçün qarşılıqlı viza tələblərinin ləğvi barədə razılıq əldə olunub. Bu addım, xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək. Eyni zamanda, tərəflər beynəlxalq ticarət müharibələrinin qlobal iqtisadi nizamı zədələdiyini vurğulayaraq, çoxtərəfli ticarət sisteminin dəstəklənməsi və Birləşmiş Millətlər Təşkilatının mərkəzində olduğu beynəlxalq sistemin qorunması məqsədini ifadə ediblər. Bundan başqa, Azərbaycan-Çin arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi məqsədilə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı və Çin-Avropa arasında təhlükəsiz və sürətli yük daşımalarının təşviqi məsələləri müzakirə edilib. Energetika sahəsində Azərbaycanın Energetika Nazirliyi ilə Çinin Milli Enerji Administrasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Bu sənəd, bərpa olunan enerji mənbələri sahəsində təcrübə mübadiləsi, yeni texnologiyaların tətbiqi və qarşılıqlı investisiya fəaliyyətlərinin təşviqini nəzərdə tutur", - deyə parlamentari əlavə edib.

Deputat son olaraq qeyd edib ki, görüş əsnasında Orta Dəhlizin əhəmiyyəti və nəqliyyat daşımalarının artması məsələsinin qeyd edilməsi, Azərbaycan ilə Çin arasında əməkdaşlığın mühüm istiqamətlərindən birini təşkil edir.

"Bu, yalnız ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün deyil, həm də regional və beynəlxalq ticarət və logistika sahələrindəki inkişaf üçün strateji bir əhəmiyyət daşıyır. Orta dəhliz həm Qara dəniz, həm də Xəzər dənizi üzərində yerləşən ölkələr üçün böyük strateji üstünlüklər təqdim edir. Bu dəhliz Çindən başlayan və Avropa ölkələrinə qədər uzanan yeni bir ticarət yoludur. Orta dəhliz "Bir kəmər, bir yol" təşəbbüsünün bir hissəsi olaraq, Çin və digər Asiya ölkələrinin Avropa bazarlarına daha sürətli və daha təhlükəsiz yollarla çıxış etməsinə imkan verir. Azərbaycan bu kontekstdə əhəmiyyətli bir körpü rolunu oynayır, çünki Azərbaycanın mövqeyi həm Şərq ilə Qərb arasında, həm də Cənub ilə Şimal arasında effektiv bir ticarət əlaqəsini təmin edir. Bu dəhlizin inkişafı təkcə Azərbaycanın deyil, Türkiyə, Qazaxıstan, Çin və digər ölkələrin iqtisadiyyatları üçün mühüm bir strateji əhəmiyyət daşıyır. Çünki Orta Dəhliz həm beynəlxalq ticarət, həm də regionlararası əlaqələrin genişlənməsi baxımından böyük potensiala sahibdir. Çinin Orta Asiya və Avropa ilə əlaqələrini möhkəmləndirmək məqsədilə Azərbaycanla əməkdaşlığını daha da gücləndirməsi, bir tərəfdən Çin iqtisadiyyatını beynəlxalq bazarlara çıxışını sürətləndirir, digər tərəfdən isə Azərbaycanın ticari imkanlarını artıraraq daha böyük gəlirlər əldə etməsinə şərait yaradır. Bundan əlavə, bu əməkdaşlıq Azərbaycanın "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində enerji resurslarının, ticarət mallarının, xammalın daha sərfəli və sürətli daşınmasına şərait yaradır. Beləliklə, Orta dəhlizdəki nəqliyyat daşımalarının artması, yalnız iqtisadi inkişafı dəstəkləmək üçün deyil, həm də regional inteqrasiyanı və siyasi sabitliyi möhkəmləndirmək məqsədi daşıyır", - S.Mikayılova fikrini tamamlayıb.

Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
seeПросмотров:216
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 29 Апреля 2025 10:27
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Скандал! Разврат и прелюбодеяние в армянской церкви

25 Октября 2025 16:20see632

В Армении разгорается секс скандал вокруг высших иерархов Армянской церкви. 18+ Minval Politika

25 Октября 2025 19:57see365

Украинские десантники освободили Сухецкое видео

25 Октября 2025 18:58see345

Якубович высказался об уходе из Поля чудес и выборе преемника

25 Октября 2025 22:53see261

В Абшероне под колесами автомобиля погиб ребёнок

27 Октября 2025 00:30see228

Президент США развеял слухи о зале Трампа в Белом доме Minval Politika

25 Октября 2025 19:30see205

Журнал МИД России предложил денацифицировать Украину по образцу советской оккупации Германии Minval Politika

26 Октября 2025 00:16see203

Французский суд вынес исторический приговор женщине за убийство школьницы

25 Октября 2025 16:28see193

WMX: Зафиксирован четырехкратный рост кибератак на промышленность России

27 Октября 2025 08:14see192

Россия освободила лидера азербайджанской диаспоры

25 Октября 2025 20:24see182

Россия начнет войну против одной из стран Европы разбираем с Вячеславом Потапенко

26 Октября 2025 13:57see175

Дмитриев привез в США шоколад с портретом Путина

26 Октября 2025 01:43see139

Прогноз на 27 октября: местами дожди, мокрый снег

26 Октября 2025 13:33see136

В Баку начался суд по делу об убийстве 75 летней женщины в посёлке Маштага

25 Октября 2025 20:42see136

Стандартная перестрелка, а орлы обгоняют конкурентов

26 Октября 2025 00:02see135

Дзюдоистов Азербайджана ожидает парижский ЧМ

25 Октября 2025 16:29see133

Взрыв изнутри: ультраправый марш и крах старой Европы АНАЛИЗ от Baku Network

26 Октября 2025 16:20see133

Американские дипломаты посетят Казахстан и Узбекистан

26 Октября 2025 01:13see133

США повысят пошлины в отношении импорта из Канады

26 Октября 2025 04:31see129

Пашинян заявил о начале практического этапа освобождения Первопрестольного

26 Октября 2025 10:18see127
newsПоследние новости
Самые свежие и актуальные события дня