Qanlı Yanvar günü Bakı metroploiteni əhali üçün sığınacaq oldu Hadisə şahidi maşinist
Согласно сайту Day.az, передает Icma.az.
Qanlı Yanvar günü Bakı metroploiteni əhali üçün sığınacaq oldu
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri bu gün "Bakı Metropoliteni"n qatar maşinisti Həsənov Cahil 20 Yanvar hüzn günü münasibətilə Bakı Metropolitenində keçirilən anım tədbiri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Maşinist qeyd edib ki, həmin gün metro səhərədək dayanmadan işləyib.
"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə işdə idik. Axşam 11-də növbəni təhvil verib evə getməli idik. Məlumat verildi ki, rus ordusu Bakıya daxil olub və ola bilsin ki, metro səhərədək işləsin. Bu səbəbdən depodan əlavə qatarlar verildi. Axşam 12-yə qalmış atışma səsləri eşidildi. Nərimanov stansiyasından əks istiqamətə gətirilən yaralını gördük. Keçmiş Çapayev indiki Təbriz küçəsində erməni-rus birləşmələri milləti gülləbaran edirdilər. Bu səbəbdən Təbriz küçəsinə bizi - 4 maşinisti əhali üçün köməyə göndərdilər. Qadını vurmuşdular qaldırmağa çalışanda mənə tərəf atdılar, daldalanmağa yer tapdım. Atışma sakitləşəndən sonra yaralını Nərimanov xəstəxanasına çatdırdıq. Qanlı Yanvar günü Bakı Metroploiteni əhali üçün sığınacaq oldu. Artıq 40 il olacaq ki, Bakı Metropolitenində maşinist işləyirəm".
Другие новости на эту тему:
Просмотров:77
Эта новость заархивирована с источника 20 Января 2026 09:48 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















