Quzu kəsimi ilə bağlı qadağa olacaq? AÇIQLAMA
Как передает Icma.az, основываясь на информации сайта Day.az.
Azərbaycanda heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması təklif edilib. Bildirilib ki, körpə danaların kütləvi kəsimi ətin qiymətinin artmasına səbəb olur.
Bəs heyvanların kəsimə uyğun yaşı nə vaxtdır? Hansı yaşdakı heyvanın ətinin qiyməti də ucuz olar?
Day.Az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli Metbuat.az-a açıqlamasında mövzu ilə bağlı deyib ki, heyvan yetişdirən fermer onu nə vaxt və hansı yaşda kəsməyin sərfəli olduğunu bizdən daha yaxşı bilir:
"Həm də kiminsə əmlakına gedib qadağa qoymaq nə hüquqa, nə də bazar iqtisadiyyatının prinsiplərinə uyğun deyil. Adama deyərlər ki, mal mənimdirsə, istədiyim kimi istifadə edərəm, istədiyim yaşda kəsər və istədiyim qiymətə sataram. Əks halda burada vətəndaş və insan hüquqları, eləcə də əmlak hüququ pozulur".
İri buynuzlu heyvanlarda da vəziyyət eynidir. Heç kim altı aylıq iri buynuzlu heyvanı kəsməz. Adətən, bu heyvanlar doqquz aylıq, bir illik, il yarımlıq olanda kəsilir. İri buynuzlu heyvanların əti bir yaş yarımına qədər qida üçün yararlı sayılır. Bu yaşda əti yumşaq və qida dəyəri yüksək olur. Bir yaşından sonra isə tam yetişir və kəsimə hazır olur. Burada heç bir problem yoxdur. Fermerlər cavan heyvanları vaxtından əvvəl kəsməyə maraqlı deyillər".

