Sərhəddə qida nəzarəti məntəqələri yaradılacaq
Как передает Icma.az, со ссылкой на сайт Day.az.
Azərbaycanda idxal və ixrac əməliyyatları üzrə dövlət sərhədindən buraxılış məntəqələrinə yaxın ərazilərdə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti üzrə məntəqələr qurulacaq.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
2027-2032-ci illər ərzində dövlət sərhədindən buraxılış məntəqələrinə yaxın, ticarət və daşınmanın intensiv olduğu ərazilərdə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət məntəqələrinin yerləşdirilməsi üçün ərazi seçimi və planlaşdırmasının həyata keçirilməsi planlaşdırılır.
Həmçinin, idxal və ixrac edilən məhsulların baytarlıq və fitosanitar yoxlamalarının həyata keçirilməsi üçün məntəqələrin tikintisi işlərinə başlanılması və idxal və ixrac edilən məhsulların baytarlıq və fitosanitar yoxlamalarının həyata keçirilməsi üçün 2 yeni qida təhlükəsizliyinə nəzarət məntəqəsinin fəaliyyətə başlaması da nəzərdə tutulur.
2027-2032-ci illəri əhatə edən prosesdə əsas icraçı qurum kimi Qida Təhlükəsizliyi Agentliyi təyin edilib.
Digər içraçı qurumlar isə Dövlət Gömrük Komitəsi və Kənd Təsərrüfatı Nazirliyidir.
Другие новости на эту тему:
Просмотров:104
Эта новость заархивирована с источника 10 Сентября 2026 15:05 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















