Şimali Makedoniya Prezidenti ADA Universitetində tələbələrlə görüşüb
По данным сайта Day.az, передает Icma.az.
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 11-də ADA Universitetində tələbələrlə görüşüb.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Qordana Silyanovska-Davkova çıxışında iki ölkə arasındakı dostluq əlaqələrinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan və Şimali Makedoniya arasında geniş əməkdaşlıq potensialının olduğunu qeyd edərək, xüsusilə təhsil, iqtisadiyyat və mədəni sahələrdə əlaqələrin inkişafına diqqət çəkib.
Daha sonra Prezident regiondakı geosiyasi vəziyyət, Şimali Makedoniyanın beynəlxalq əməkdaşlıq məsələləri ilə bağlı fikirlərini bölüşüb. O, ölkəsinin Avropa ilə əlaqələrinin möhkəmləndirilməsinə dair atılan addımlardan danışıb və Azərbaycanın beynəlxalq arenada artan rolunu yüksək qiymətləndirib.
Görüş interaktiv şəkildə davam edib və Prezident Qordana Silyanovska-Davkova tələbələrin suallarını cavablandırıb.
Gənclərlə açıq dialoq aparan dövlət başçısı onların gələcək planları, təhsil imkanları və ikitərəfli münasibətlərin perspektivləri ilə maraqlanıb.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Другие новости на эту тему:
Просмотров:114
Эта новость заархивирована с источника 11 Марта 2025 18:42 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















