Son zəngində “sənin üçün çox darıxmışam” dedi şəhid Əsəd Əsədlinin anası
Icma.az передает, что по данным сайта Day.az.
Oğlum sonuncu dəfə noyabrın 7-də mənə zəng etmişdi. Saat 11 radələri idi, iki-üç kəlmə danışa bildik. Mənə "Sənin üçün çox darıxmışam", - dedi.
Bunu Trend-ə açıqlamasında Vətən müharibəsi şəhidi Əsəd Əsədlinin anası Səidə Abbasova deyib.
Şəhid anasının sözlərinə görə, universiteti bitirən oğlu müharibədə iştirak etmək üçün könüllü yazılıb və sentyabrın 30-da cəbhəyə yollanıb.
"Oğlum noyabrın 9-da Xocavəndin Şuşatəpə ərazisində şəhid olub. Noyabrın 17-də şəhid olduğu xəbərini aldıq. Ertəsi gün, noyabrın 18-də onu torpağa tapşırdıq. Altı ildir övladımızdan ayrı düşmüşük. Övlad itirmək çox çətindir. Bu illər ərzində göz yaşımız qurumayıb", - deyə o bildirib.
Səidə Abbasova oğlunun cəbhədən göndərdiyi videomüraciəti də xatırlayıb. Onun sözlərinə görə, Əsəd noyabrın 2-də atasını ad günü münasibətilə video vasitəsilə təbrik edib, şəhid analarına da müraciət ünvanlayıb.
"Deyirdi ki, "Şəhid anaları elə bilməsinlər ki, övladlarının qanı yerdə qalacaq. Bir ömür yaşasam, şəhidlərimizin məzarlarını ziyarət edəcəyəm, analarının yanında olacağam". Oğlum həmin videosu ilə bütün şəhid ailələrinə mesaj verdi. Noyabrın 9-da isə özü şəhid oldu", - deyə şəhid anası qeyd edib.
Другие новости на эту тему:
Просмотров:80
Эта новость заархивирована с источника 08 Ноября 2026 14:29 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















