Şotlandiyanın “Arthur’s Seat” zirvəsində Azərbaycan bayrağı dalğalandırılıb FOTO
Icma.az сообщает, ссылаясь на сайт Day.az.
Şotlandiyanın Edinburq şəhərinin simvollarından biri kimi tanınan, qədim vulkan mənşəli "Arthur's Seat" ("Arturun taxtı") zirvəsində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan bayrağı dalğalandırılıb.
Day.Az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, bayrağımızı Qlazqo, Aberdin və Edinburq universitetlərinin tələbələrinin təşəbbüsü ilə yaradılan Azərbaycan cəmiyyətlərinin üzvləri ucaldıb.
Qeyd edək ki, Qlazqo Azərbaycan Cəmiyyəti 2022-ci, Aberdin Azərbaycan Cəmiyyəti 2023-cü və Edinburq Azərbaycan Cəmiyyəti isə 2024-cü ildə azərbaycanlı tələbələr tərəfindən yaradılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bir çox layihəni uğurla həyata keçirən hər üç cəmiyyət Azərbaycanı beynəlxalq səviyyədə tanıtmaq, ölkəmizin mədəniyyətini, tarixini və milli dəyərlərini dünyaya çatdırmaq işində fəallıq göstərir.
Другие новости на эту тему:
Просмотров:141
Эта новость заархивирована с источника 15 Ноября 2024 18:55 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















