Icma.az
close
up
AZ
Tehrandakı səfirliyimizə hücumda şəhid olan Orxan Əsgərovun atası Biz o terrorçunun edamını istəyirik

Tehrandakı səfirliyimizə hücumda şəhid olan Orxan Əsgərovun atası Biz o terrorçunun edamını istəyirik

Biz Tehrandakı səfirliyimizə qarşı terror aktını törədən şəxsin edam olunmasını istəyirik.

Day.Az xəbər verir ki, bu barədə Trend-in suallarını cavablandırarkən Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun atası Rizvan Əsgərov bildirib.

"Təxminən 1 il yarım öncə İran İslam Respublikasının Baş Prokuror müavini Bakıya gəldi və Azərbaycan Respublikasının Baş Prokurorluğunda görüşümüz oldu, başsağlığı verdilər və bildirdilər ki, İran İslam Respublikasının qanunlarına uyğun olaraq kompensasiya və ya edam cəzası verilə bilər. Orxan Əsgərovun atası olaraq, şüphəsiz ki, mən həmin dəqiqə edam cəzasını dedim", - o bildirib.

R.Əsgərov qeyd edib ki, bir il yarım öncə bununla bağlı müvafiq sənədlər hazırlandı.

"Mən və kiçik oğlum qisas qismində edam istədiyimizi tələb məktubu kimi yazdıq. İndi isə bu tələbi yenidən istəyirlər. Biz də bu tələb məktubunu yenidən yazacağıq. Biz həmin terror aktını törədən şəxsin edamını istəyirik. Bizim başqa bir tələbimiz yoxdur. Yanvarın 27-də Orxan Əsgərovun ölümünün ildönümüdür. Həmin vaxt gedib müvafiq sənədləri notarial qaydada təsdiq edib, verəcəyik", - deyə o bildirib.

Xatırladaq ki, ötən il yanvarın 27-də səhər saat 08:30 radələrində avtomat silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış şəxs Azərbaycanın İrandakı səfirliyinə qarşı xain terror hücumu törədib. Hücumun qarşısının alınması zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, iki nəfər isə yaralanıb.

Ötən gün isə Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin edam olunması ilə bağlı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib. Cinayət işi icra olunması üçün məhkəməyə göndərilib. Məhkəmə zərərçəkənlərin yaxınlarını dəvət edəcək. Zərərçəkənlər edamın icrasını tələb etdiyi halda, cinayət işi icra olunması üçün əlaqədar quruma göndəriləcək.

seeПросмотров:58
embedИсточник:https://news.day.az
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

СМИ: в штате Аляска с радаров пропал самолет с 10 людьми

07 Февраля 2025 09:11see135

Между Азербайджаном и Арменией состоялся обмен мнениями по вопросам пропавших без вести граждан

07 Февраля 2025 21:02see124

Во Франции активисты добились изменения названия района из за его колониального характера

07 Февраля 2025 07:30see122

Так убили Насраллу видео

07 Февраля 2025 11:33see122

В Эгейском море произошло очередное землетрясение

07 Февраля 2025 21:01see121

Сегодня продолжится суд по делу лиц армянского происхождения, обвиняемых в военных преступлениях

07 Февраля 2025 08:39see121

Кади подписал контракт и уехал

07 Февраля 2025 12:16see119

ГТК предотвратил контрабанду томатной пасты и газовых плит в Нахчыван ФОТО

07 Февраля 2025 12:16see116

Подоляк: Киеву было бы лучше, если США вступили в войну с Россией

07 Февраля 2025 13:26see111

Руфат Абдуллазаде: Матчи с Карабахом друг от друга не отличаются

07 Февраля 2025 19:25see111
newsПоследние новости
Самые свежие и актуальные события дня