Uşaqların qida seçimi: Valideynlərin etdiyi səhvlər nələrdir? VİDEO
Как передает Icma.az со ссылкой на сайт Day.az.
Çips, jelibon, şokolad, peçenye, şirin qazlı içkilər və digər paketlənmiş məhsullar uşaqların sevdiyi qidalardır. Bu məhsulları tamamilə qadağan etmək əvəzinə, onların miqdarını məhdudlaşdırmaq və gündəlik qidalanmanın əsas hissəsinə çevrilməsinə imkan verməmək vacibdir. Valideynlərin evdə sağlam qidalanma nümunəsi göstərməsi də uşağın seçimlərinə birbaşa təsir edir.
Day.Az xəbər verir ki, qida mütəxəssisi Seymur Qafarov bildirir ki, uşaqlıqda formalaşan qidalanma vərdişləri sonrakı illərdə də davam edə bilər.
Şəkər, duz və doymuş yağlarla zəngin, qida dəyəri aşağı məhsulların həddindən artıq istehlakı artıq çəki, diş problemləri və balanssız qidalanma riskini artıra bilər. Xüsusilə şəkərli içkilər və çox şirin məhsullar uşağın faydalı qidalara marağını azalda bilər.
Mütəxəssis gündəlik menyuda meyvə-tərəvəz, tam taxıllar, yumurta, balıq, ət, süd məhsulları, paxlalılar və digər protein mənbələrinin balanslı şəkildə yer almasını tövsiyə edir. Məktəb üçün paketli şirniyyat və qazlı içkilər əvəzinə meyvə, qatıq, pendir və tam taxıllı sendviç, çips əvəzinə isə sobada hazırlanmış kartof və tərəvəzlər seçilə bilər. Əsas məqsəd uşağı bütün hazır qidalardan məhrum etmək deyil, ona düzgün və balanslı qidalanma vərdişi qazandırmaqdır.
Ətraflı "Xəzər TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Другие новости на эту тему:
Просмотров:131
Эта новость заархивирована с источника 18 Сентября 2026 15:03 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















