Qida zəhərlənməsinə qarşı mübarizə gücləndirilir VİDEO
Icma.az, ссылаясь на сайт Day.az, передает.
Təhlükəli qida məhsullarını istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum edilə bilərlər. Bu, Cinayət Məcəlləsinə təklif edilən yeni - 200.3-cü maddədə öz əksini tapıb.
Day.Az xezerxeber.az-a istinadən bildirir ki, layihəyə əsasən, bilə-bilə insan həyatı və sağlamlığı üçün təhlükəli qida məhsullarının istehsalı, satışı və ya satış məqsədilə saxlanması cinayət tərkibi yaradacaq. Bu əməlləri törədənlər on min manatdan on beş min manatadək miqdarda cərimə, bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.
Qida mütəxəssisi Məhsəti Hüseynova hesab edir ki, qanunvericiliyə təklif edilən bu dəyişiklik çox əhəmiyyətlidir. Çünki məhsullar qida təhlükəsizliyi və standartlarına uyğun şəkildə hazırlanmalıdır.
Ekspert qeyd edib ki, bununla yanaşı, quş əti, balıq və dəniz məhsulları, heyvan mənşəli konservləşdirilmiş, eləcə də süd və süd məhsulları yüksək risk qrupuna aiddir. Heyvan yemi üçün istifadə olunan məhsullar da bu qrupa aiddir.
O düşünür ki, qanunvericiliyin sərtləşdirilməsi bu sahədəki neqativ halların, xüsusilə də qida zəhərlənmələrinin qarşısını xeyli ala bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Другие новости на эту тему:
Просмотров:111
Эта новость заархивирована с источника 08 Декабря 2024 09:42 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















