Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? VİDEO
Как передает Icma.az, со ссылкой на сайт Day.az.
Azərbaycan dövləti məktəblərdə vahid formanın tətbiq ilə bağlı qərar qəbul edib.Bu da bütün dünyanın qəbul etdiyi şərtlərdir.
Bunu vahid məktəbli geyimi ilə bağlı qərarla bağlı süni yaradılmış ajiotaja münasibət bildirən Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
"Hesab edirəm ki, körpə uşaqlara hansısa dini təqlqinlər vasitəsilə onların dünyagörüşünə təsir göstərmək çox mənfi haldır. Azərbaycan dünyəvi dövlətdir. Burada hicaba qadağa yoxdur. Amma dünyəvi təhsil sistemində vahid məktəbli forması vacibdir. Hamımız birmənalı olaraq bunu qəbul etməliyik", - deyə o əlavə edib.
Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış yazıçı-dramaturq İlqar Fəhmi bildirib ki, vahid məktəbli forması ilə bağlı qərarın ətrafında hay-küy qaldıranlar 10-15 faizi bu məsələ aidiyyatı olan insanlardır.
"Qalan 90 faizin yarısı birbaşa Azərbaycanın əleyhinə işləyənlərdir, qalanları isə Azərbaycanda yaşasalar da, tək məqsədləri hansısa bir məqamı şişirdib, bunu hesabına sosial şəbəkədə reytinq qazanmaqdır", - deyə o vurğulayıb.
Другие новости на эту тему:
Просмотров:89
Эта новость заархивирована с источника 12 Октября 2026 18:10 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















