Vahid məktəbli geyiminin tərəfdarıyam Eldar Mansurov
Согласно сайту Day.az, передает Icma.az.
Şəxsən mən vahid məktəbli geyiminin tərəfdarıyam, çünki özüm də zamanında məktəbli paltarında məktəbə gedərdim.
Day.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında xalq artisti, bəstəkar Eldar Mansurov deyib.
Onun sözlərinə görə, məktəb illəri sovet dönəminə düşüb və hələ o vaxtlardan vahid məktəbli geyimləri mövcud idi.
"Mən də hamı kimi o geyimlərdən geyinirdim. O geyimin olmağının əsas xüsusiyyəti o idi ki, fəhlə ilə vəzifəli şəxsin övladları arasında fərq görünmürdü, hamı bərabər idi. İnanın ki, bizim heç ağlımıza da gəlməzdi ki, fərqli geyimdə məktəbə gedək. Öz istədiyimiz geyimdə biz ekskursiyalara, teatrlara, idman yarışlarına və digər yerlərə gedəndə geyinərdik.
O ki, qaldı qız uşaqlarına, bizim zamanımızda onlar nə hicab, nə də yaylıq ilə başlarını örtməzdilər. Şəxsən mən vahid məktəbli geyiminin tərəfdarıyam, çünki özüm də zamanında məktəbli paltarında məktəbə gedərdim", - deyə bəstəkar əlavə edib.
Xatırladaq ki, 2026-cı il sentyabrın 21-də Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.
Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.
Другие новости на эту тему:
Просмотров:103
Эта новость заархивирована с источника 14 Октября 2026 15:14 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















