Xəzər sahillərində suitilərin kütləvi ölümü qeydə alınıb
Как сообщает Icma.az, ссылаясь на сайт Day.az.
Qazaxıstanda Xəzər dənizinin sahilində aşkarlanan Xəzər suitilərinin kütləvi tələfatının səbəbləri araşdırılır.
Day.Az xəbər verir ki, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bautino kəndi yaxınlığında 15 ölü suiti aşkarlanıb.
"Oktyabrın 12-də Xəzər dənizinin sahilində aparılan monitorinq zamanı respublika dövlət müəssisəsi olan "Xəzər suitisi" Dövlət Təbiət Qoruğunun müfəttişləri Tupkaraqan rayonunun Bautino kəndindən qərbdə 15 suiti leşi aşkar ediblər. Manqistau vilayəti Ekologiya Departamentinin əməkdaşları dəniz suyundan və torpaqdan nümunələr götürüblər. Həmçinin müəyyən edilmiş sanitar tələblərə riayət olunmaqla sahilin təmizlənməsi işləri təşkil edilib", - deyə qurumdan bildirilib.
Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyindən əlavə ediblər ki, hazırda mütəxəssislər sahilyanı ərazidə araşdırmaları davam etdirirlər. Suitilərin tələfatının səbəbləri tədqiqatlar nəticəsində müəyyənləşdiriləcək.
Qurum həmçinin xatırladıb ki, yaz və payız aylarında şimal-qərb və qərb istiqamətli fırtınalı küləklər zamanı ölü suitilərin cəsədlərinin sahilə çıxması halları vaxtaşırı qeydə alınır.
Xəzər suitisi yalnız Xəzər dənizinin sularında yaşayan endemik növdür və Qırmızı Kitabına daxil edilib. Bu növ dəniz ekosisteminin vəziyyətini qiymətləndirməyə imkan verən bioindikator hesab olunur.
Другие новости на эту тему:
Просмотров:79
Эта новость заархивирована с источника 13 Октября 2026 11:49 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















