Icma.az
close
up
AZ
Menu

В Азербайджане у мужчин стали чаще выявлять рак молочной железы врач онколог

Скончалась заведующая сектором Госкомитета по делам беженцев и вынужденных переселенцев

WMX: Зафиксирован четырехкратный рост кибератак на промышленность России

Второй сын экс главы Совета аксакалов Имишли снят с должности

В России появится Путинский суд Minval Politika

Выросший в нищете 60 летний дальнобойщик оказался богатым наследником

Атака БПЛА на автобус в Брянске: погиб один человек

Белград укрепляет позиции в Центральной Азии. Визит Вучича в Ташкент открывает новый этап сотрудничества

Разблокирование началось! Армения предлагает путь Турция Азербайджан Minval Politika

В Азербайджане устанавливаются новые требования к низковольтному электрооборудованию

Литва усиливает контроль над небом

Момент сильного землетрясения в Турции попал в эфир новостей ВИДЕО

Мелисса атакует: Ямайка в ожидании урагана высшей категории

Молдова в Евросоюзе только по полной программе

Американцы перестанут получать талоны на продукты питания

Ландо Норрис победил в гонке Гран при Мексики

Израиль в неведении о судьбе четырех похищенных, ХАМАС продолжает поиск

Финляндия ужесточает закон о гражданстве

JONY готовит к выходу новый альбом

Лавров: Москва ждет подтверждения США по предложениям, достигнутым на Аляске

Xəzərin üzərində yeni iqtisadiyyat: Süni torpaq sahələrində turizmin təşviqi və vergi gəlirlərinin kazino mexanizmi

Xəzərin üzərində yeni iqtisadiyyat: Süni torpaq sahələrində turizmin təşviqi və vergi gəlirlərinin kazino mexanizmi

Icma.az сообщает, ссылаясь на сайт Day.az.

Müəllif: Əliş Abdulla, Trend

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Mülki, Cinayət, İnzibati Xətalar Məcəllələrinə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında", "Reklam haqqında", "Lisenziyalar və icazələr haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanunlarında dəyişiklikləri təsdiqləyib.

Sənəd süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinin tənzimlənməsini, o cümlədən, süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edilməsini nəzərdə tutur. Belə ki, süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılması təmin edilir.

Sənədə əsasən, Azərbaycanda kazino oyunları qanunun tələbləri nəzərə alınmaqla yalnız süni torpaq sahələrində təşkil edilə və keçirilə bilər.

Süni torpaq sahələrində kazino oyunlarının təşkili: Yeni iqtisadi sıçrayışın başlanğıcı

Yeni təsdiqlənmiş sənəd ölkə iqtisadiyyatında, xüsusilə də turizm və xidmət sektorlarında inqilabi dönüş vəd edir. Qanuna əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda yaradılacaq süni torpaq sahələrində kazino fəaliyyətinə icazə veriləcək. Bu addım ilk baxışda sadəcə əyləncə sənayesinə aid bir təşəbbüs kimi görünsə də, əslində, onun çoxşaxəli iqtisadi və sosial təsirləri olacaq.

Süni torpaq sahələrində kazino oyunlarının təşkili və keçirilməsi vergi daxilolmalarının artmasına, ölkənin turizm potensialının inkişafına, yeni iş yerlərinin açılmasına xidmət edəcək. Hazırda Azərbaycan vətəndaşları kazino oynamaq üçün ya digər ölkələrə üz tuturlar, ya da onlayn kazino oyunlarına qoşulurlar. Kazinolara icazənin verilməsi eyni zamanda "kölgə qumar"ın qarşısının alınmasına xidmət edir.

İqtisadiyyat üçün yeni gəlir mənbəyi

Kazino fəaliyyəti dünya üzrə bir çox ölkənin əsas büdcə gəliri mənbələrindən biri hesab olunur. Kazinolara icazə verilməsi son dövrlərdə dünyada böyük vüsət alıb. Kazino oyunlarına mövcud olan qadağanı ləğv edən dövlətlərin sayı son illər ərzində artmaqdadır. Bu ölkələrə misal olaraq Özbəkistanı göstərmək olar. Bununla yanaşı, Birləşmiş Ərəb Əmirliklərində 2027-cı ildə ilk kazinonun açılması gözlənilir. Əsas gəlir mənbəyindən biri kazino oyunları olan ölkələr sırasında Monako, Sinqapur, Filippini qeyd etmək olar. Azərbaycanla eyni coğrafi məkanda yerləşən Gürcüstan və Qazaxıstan da kazino biznesindən xeyli məbləğdə gəlir əldə edir.

Azərbaycanda da süni torpaq sahələrində kazinoların təşkili nəticəsində:

Vergi və rüsum gəlirləri artacaq; Yeni iş yerləri açılacaq (turizm, xidmət, təhlükəsizlik, logistik və s. sahələrdə); Sahibkarlığın inkişafı üçün münbit mühit yaranacaq.

Sənəddə süni torpaq sahələrində kazino oyunlarının təşkili üçün dövlət rüsumunun məbləği müəyyən edilib, kazino oyunlarında uduş qazanmış şəxsin həmin uduşun kazino təşkilatçısından tələb edilməsinə dair təminat təsbit edilib. Bununla yanaşı, sənəddə kazino oyunlarının həyata keçirilməsi ilə bağlı bir sıra qadağalar və məhdudiyyətlər əks olunub.

Turizmin diversifikasiyası və canlanması

Azərbaycan son illərdə turizm sektorunun inkişafı üçün ciddi strategiyalar hazırlayır və beynəlxalq sərgilərdə iştirakını genişləndirir. Kazino fəaliyyəti xüsusilə də tənzimlənmiş və yüksək səviyyədə qurulmuş əyləncə infrastrukturu:

Orta və yüksək büdcəli turistlərin cəlb edilməsinə şərait yaradacaq; "Gambling tourism" (kazino turizmi) sahəsində yeni bazar seqmentinin formalaşmasına imkan verəcək; Otel, restoran, transport və əyləncə sektorlarında paralel inkişafı stimullaşdıracaq.

Kazino fəaliyyətinin yalnız süni torpaq sahələrində icazə verilməsi isə bu sahəyə daxil olan turist axınının coğrafi mərkəzləşdirilməsinə və nəzarətə imkan yaradacaq. Bu isə təhlükəsizlik və monitorinq baxımından müsbət nəticələr verəcək.

Sənəddə kazino oyunlarının təşkil edilməsi və keçirilməsi ilə bağlı çox ciddi hüquqi tənzimləmə müəyyən olunub. Bu tənzimləmə kazino oyunlarının təşkil edilməsi üçün lisenziyanın əldə edilməsinə, habelə kazino oyunlarının təşkili və keçirilməsinə münasibətdə xüsusi nəzarət mexanizminin yaradılmasını nəzərdə tutur. Nəzarət kazino oyunlarının təşkil edilməsinə dair lisenziyanın əldə edilməsi üçün müraciət mərhələsindən başlayaraq oyunların keçirilməsi müddətində daimi həyata keçiriləcək.

İnnovativ şəhərsalma və infrastruktur inkişafı

Həmçinin, qeyd etmək lazımdır ki, süni torpaq sahələrinin yaradılması özlüyündə mühüm mühəndislik və şəhərsalma layihəsidir. Bu layihə çərçivəsində:

Yeni nəqliyyat xətləri, körpülər, tunellər və logistika mərkəzləri inşa edilə bilər; Süni adalar və sahillər müasir memarlıq nümunələrinə çevrilə bilər; "Smart city" yanaşması ilə texnoloji və ekoloji baxımdan davamlı şəhərciklər qurula bilər.

Bu isə yalnız kazino fəaliyyətindən ibarət olmayan, geniş xidmət və texnologiya klasterinin əsasını qoya bilər.

Sosial və tənzimləyici əlavə güclər

Sənəddə nəzərdə tutulan ciddi nəzarət mexanizmləri - AML/CFT tələbləri, lisenziyalaşdırma, yaş məhdudiyyəti və virtual kazinolara qadağalar - fəaliyyətin təhlükəsiz və etik prinsiplərə uyğun aparılmasını təmin edəcək. Beləliklə:

Qeyri-leqal qumar oyunlarının və onlayn kazinoların yayılmasının qarşısı alınacaq; Vətəndaşlar üçün risk səviyyəsi minimuma endiriləcək; Dövlət bu fəaliyyət üzərində tam nəzarətə malik olacaq.

Kazino oyunlarının yalnız süni torpaq sahələrində təşkil olunması bu fəaliyyətin nəzarətli və mərkəzləşdirilmiş formaya salınmasına imkan verir. Eyni zamanda, bu dəyişikliklərlə lisenziyalaşdırma, AML/CFT nəzarəti, reklam hüququ, vergi və rüsum tənzimləmələri, eləcə də hüquqi və inzibati məsuliyyət mexanizmləri normativ əsasda təsbit edilir.

Sənəddə, həmçinin, kazino oyunlarının təşkilatçısına da dair xüsusi şərtlər əks olunub. Bu oyunların təşkilatçısı qismində yalnız hüquqi şəxslər çıxış edə bilərlər. Eyni zamanda, kazino oyunlarının təşkili üçün lisenziya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtləri (tələbləri) yerinə yetirən hüquqi şəxsə verilir.

Bu yanaşma bir tərəfdən qeyri-leqal kazino oyunlara qarşı mübarizə vasitəsi kimi çıxış edəcək, digər tərəfdən isə Azərbaycanı regionda kazino turizminə açıq və tənzimlənən ölkə kimi mövqeləndirəcək. Eyni zamanda 21 yaşından aşağı şəxslərin iştirakının qadağan olunması, virtual kazinoların qadağan edilməsi və maliyyə əməliyyatlarına dair xüsusi tələblər risklərin minimuma endirilməsi baxımından əhəmiyyətli hüquqi təhlükəsizlik tədbirləridir.

Regional liderlik və brend dəyəri

Azərbaycanın Cənubi Qafqaz regionunda belə bir təşəbbüsə imza atması onu bu sahədə regional liderə çevirə bilər. Süni torpaq sahəsində kazino fəaliyyəti ölkənin beynəlxalq brend dəyərini artıraraq onu turizm və iqtisadi innovasiya mərkəzinə çevirə bilər. Bu təşəbbüs Azərbaycanın yalnız enerji ölkəsi deyil, eyni zamanda müasir, xidmət yönümlü iqtisadiyyata sahib bir dövlət kimi imicini dəstəkləyəcək.

Beləliklə, sənəd iqtisadi və hüquqi baxımdan əsaslı və mövcud normativ bazanın dəqiqləşdirilməsinə, eləcə də oyun biznesinin leqallaşdırılması yolu ilə dövlət nəzarətinin artırılmasına xidmət edir.

Süni torpaq sahələrində kazino oyunlarının təşkili ilə bağlı sənəd düzgün icra və nəzarət şəraitində Azərbaycanın iqtisadiyyatına, turizminə və beynəlxalq nüfuzuna ciddi töhfə verə biləcək.

Bu sənəd gələcəkdə yalnız əyləncə sektorunu deyil, bütövlükdə ölkənin iqtisadi strukturunu diversifikasiya etməyə və dayanıqlılığını artırmağa xidmət edəcək.

Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
seeПросмотров:57
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 29 Июля 2025 21:09
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

В Азербайджане у мужчин стали чаще выявлять рак молочной железы врач онколог

27 Октября 2025 15:23see275

Скончалась заведующая сектором Госкомитета по делам беженцев и вынужденных переселенцев

27 Октября 2025 14:09see265

WMX: Зафиксирован четырехкратный рост кибератак на промышленность России

27 Октября 2025 08:14see255

Второй сын экс главы Совета аксакалов Имишли снят с должности

27 Октября 2025 15:38see217

В России появится Путинский суд Minval Politika

27 Октября 2025 18:00see196

Выросший в нищете 60 летний дальнобойщик оказался богатым наследником

27 Октября 2025 16:05see195

Атака БПЛА на автобус в Брянске: погиб один человек

27 Октября 2025 08:14see191

Белград укрепляет позиции в Центральной Азии. Визит Вучича в Ташкент открывает новый этап сотрудничества

28 Октября 2025 09:21see180

Разблокирование началось! Армения предлагает путь Турция Азербайджан Minval Politika

27 Октября 2025 14:17see167

В Азербайджане устанавливаются новые требования к низковольтному электрооборудованию

27 Октября 2025 15:31see150

Литва усиливает контроль над небом

27 Октября 2025 08:16see150

Момент сильного землетрясения в Турции попал в эфир новостей ВИДЕО

28 Октября 2025 10:09see147

Мелисса атакует: Ямайка в ожидании урагана высшей категории

27 Октября 2025 16:30see145

Молдова в Евросоюзе только по полной программе

27 Октября 2025 01:58see134

Американцы перестанут получать талоны на продукты питания

27 Октября 2025 08:00see133

Ландо Норрис победил в гонке Гран при Мексики

27 Октября 2025 02:32see133

Израиль в неведении о судьбе четырех похищенных, ХАМАС продолжает поиск

27 Октября 2025 02:04see127

Финляндия ужесточает закон о гражданстве

27 Октября 2025 00:48see125

JONY готовит к выходу новый альбом

27 Октября 2025 01:31see124

Лавров: Москва ждет подтверждения США по предложениям, достигнутым на Аляске

28 Октября 2025 15:45see119
newsПоследние новости
Самые свежие и актуальные события дня