Icma.az
close
up
RU
Xuraman Muradovanın yaradıcılığına həsr olunmuş görüş keçirildi Fotolar

Xuraman Muradovanın yaradıcılığına həsr olunmuş görüş keçirildi Fotolar

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində  Azərbaycan, Türkiyə Yazarlar Birliyinin üzvü, Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü,  Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru Xuraman Muradovanın gənclərlə görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin, Gənclər və İdman  Nazirliyinin, Milli Müdafiə Universitetinin tabeliyində olan Hərbi Kolleclə birgə təşkil etdikləri tədbirdə millət vəkilləri, mədəniyyət xadimləri, şəhid valideynləri, qazilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, himn səsləndirilib.

Sonra Xuraman Muradovanın yaradıcılığı ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.

Qeyd olunub ki, Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə Yazarlar Birliyinin üzvü, “Vektor Beynəlxalq Elmlər Akademiyasının, Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin fəxri professoru, Özbəkistan Respublikası Beynəlxalq Ədəbiyyat, Sənət, İctimai Fənlər Akademiyasının fəxri akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru olan Xuraman Muradova istər sahibkar, istərsə də yaradıcı bir insan kimi ölkəmizdə və bir sıra türk dövlətlərində fəxri adlara layiq görülüb, orden və medallarla təltif olunub, xaricdə təşkil olunan ədəbi-mədəni tədbirlərdə ölkəmizi layiqincə təmsil edib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov təmsil etdiyi qurumun və gənclərin adından Xuraman xanıma təşəkkür edib, tədbirin gənclərin vətənpərvərlik tərbiyəsinə təsiri, eyni zamanda şeirə, ədəbiyyata olan marağının yüksəlməsinə önəmli töhfə kimi dəyərləndirib.

Məcid Seyidov əlavə edib ki, bu cür tədbirlərin təşkilinin Muxtar Respublikanın bölgələrində həyata keçirilməsi üçün də əsaslı zəmin yaranıb və bu istiqamətdə müvafiq işlər aparılacaqdır.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov Xuraman xanım Muradovanı Naxçıvanda görməkdən məmnunluğunu ifadə edib, təşkil olunan görüşün Naxçıvan ədəbi mühiti ilə tanışlıq və bu sahədə yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından uğurlu olacağına inamını ifadə edib. Qeyd edib ki, Xuraman xanımın yaradıcılığında Naxçıvana həsr olunmuş yaradıcılıq nümunələrinin olması onun 100 illik muxtariyyət yolu keçmiş diyarımıza olan sevgisinin təzahürüdür. 

Milli Müdafiə Universitetinin tabeliyində olan Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova da öz təəssüratlarını və fikirlərini bölüşüblər.

Xuraman Muradova tədbirə görə təşkilatçı qurumlara öz dərin minnətdarlığını ifadə edib, Naxçıvanın və bu yurdun insanlarının onun üçün əziz, doğma olduğunu diqqətə çatdırıb. Şairə öz yaradıcılığına aid şeirlərdən parçalar səsləndirib, müəllifi olduğu kitablar haqqında məlumatları diqqətə çatdırıb. “Əsrə bərabər 20 il” kitabına xüsusi önəm verən şairə bildirib ki, burada əsasən ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qazanılmış möhtəşəm Zəfərdə, ölkəmizin inkişaf və tərəqqisi yolundakı yorulmaz fəaliyyətindən bəhs olunur.

Xuraman Muradovanın zəngin yaradıcılıq nümunələrindən “Əsrin qəhrəmanı olan Komandan!”, “Zərifə xanım”, “Nəbi və Həcər dastanı”, “Döz ürəyim” şeirləri, sözlərinin müəllifi olduğu “Sənə məktub yazacam” və “Ayrılıqlar” adlı mahnıları səsləndirilib.

Tədbir çərçivəsində Xuraman Muradovanın yenicə çapdan çıxmış “Kimim var ki dağlarda?!” adlı kitabı ilk dəfə ictimaiyyətə təqdim olunub.

















Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri