Icma.az
close
up
RU
Xuraman Muradovanın Müzəffər Ali Baş Komandan İlham Əliyevə həsr etdiyi kitabları ictimaiyyətə təqdim olunub

Xuraman Muradovanın Müzəffər Ali Baş Komandan İlham Əliyevə həsr etdiyi kitabları ictimaiyyətə təqdim olunub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 31 yanvar, AZƏRTAC

Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru, iş insanı, “VİP Milan Hospital”ın təsisçi direktoru Xuraman Muradova Zəfərimizin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalq üçün yaşanmış ömür yoluna həsr etdiyi 2 kitabını – “Əsrin qəhrəmanı olan komandan” və “Əsrə bərabər 20 il” kitablarını Prezident Kitabxanasına, Azərbaycan Respublikası Milli Kitabxanasına və geniş oxucu auditoriyasına təqdim edib.

AZƏRTAC xəbər verir ki, “Elm və Təhsil” nəşriyyatında yüksək nəfis tərtibatda çap olunan kitabın redaktoru Xalq yazıçısı Çingiz Abdullayev, rəyçisi Xalq yazıçısı Natiq Rəsulzadədir. Kitabda Ali Baş Komandanın Ordumuza sərkərdəliyinə, ölkəmizə rəhbərliyinə, prezidentlik fəaliyyətinə işıq salan, dəqiq faktlara söykənən bir-birindən maraqlı məqalə və müsahibələr yer alıb.

Kitab 11 fəsildən ibarətdir. Kitabın müqəddiməsi Xuraman Muradovanın Müzəffər Ali Baş Komandana həsr etdiyi "Əsrin Qəhrəmanı olan Komandan” şeiri ilə başlayır:

Yaşatdı xalqına böyük bir Zəfər,

Zülmlərə qılınc çalan Komandan!

Ürəyi dağ boyda, ruhu göy qədər,

Könüllərə məlhəm olan Komandan!

Ata vəsiyyəti hasilə yetdi,

Ulu Öndərimin ruhun şad etdi,

Dar gündə xalqına imdada yetdi,

Əsrin Qəhrəmanı olan Komandan!

Nəşrin “Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun “Dəmir Yumruq”lu qürur simvoludur!” , “Uca Rəbbim müzəffər xalqımızın müzəffər oğlunu qorusun!” adlı fəsilləri Prezidentimizin, “Tarix yazan Sərkərdənin arxasında dayanan qeyrətli Türk Xatunu” fəsli isə Ali Baş Komandanla ən çətin yollarda çiyin-çiyinə addımlayan birinci xanım Mehriban Əliyevanın parlaq fəaliyyətindən bəhs edir. “Azərbaycanın birinci xanımı, əzizimiz, ölkəmizdə xeyriyyəçiliyin simvoluna çevrilən Mehriban xanım Əliyevanın xeyirxahlıq yolunu mən həmişə böyük rəğbət hissi ilə dəstəkləmiş və ürəkdən alqışlamışam...”, “Xilaskarı dəstəkləmək milləti dəstəkləmək deməkdir!” başlıqlı fəsillərdə müəllifin dövlətçiliyimizə dair parlaq fikirləri əksini tapıb.

Kitabda yer alan “Ürəklərdə ölümsüzləşən Öndər Şəxsiyyət” adlı məqaləsini müəllif Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsinə, “Türk dünyamıza müzəffər Oğul bəxş edən Ana” məqaləsini isə bu məmləkət üçün İlham Əliyev böyüklüyündə şəxsiyyət yetişdirən müqəddəs Ana, görkəmli həkim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr edib.

“Biz hamımız möhtərəm Ali Baş Komandanımız İlham Əliyevin əsgərləriyik!” məqaləsində müəllif müəllimindən həkiminə, alimindən memarına qədər bütün xalqımızın “Dəmir yumruq” ətrafında sıx birləşməsindən qürur hissi ilə söhbət açır. “Azərbaycan-Türkiyə Cümhurbaşqanlarının qardaşlığı Turanın ayaq səsləridir” adlı yazıda Xuraman Muradova Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın sıx dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərindən bəhs edir, Qarabağ Zəfərinin, Şuşa Bəyannaməsinin bu qardaşlığın zirvəsi olduğunu vurğulayır.

Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulub və yüksək nəfis tərtibatda çap olunub. Kitabın müəllifi Xuraman Muradova uzun illərdir gənclərimizin ali təhsil almaları, müxtəlif xəstəliklərdən əziyyət çəkən körpələrimizin müalicə olunmaları, xüsusilə də rəhbərlik etdiyi “Vip Milan” Hospitalda şəhid ailələrinin və qazilərimizin sağlamlığı istiqamətində böyük ürəklə çalışan, vətəndaş borcunu layiqincə yerinə yetirən ziyalı, xeyir əməllər sahibidir. İşgüzar fəaliyyətləri ilə bərabər, X.Muradova həm də ədəbi yaradıcılıqla məşğuldur. O, Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə Yazarlar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü, Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru, Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru və Vektor Beynəlxalq Elmlər Akademiyasının fəxri professorudur. II Türk Dünyası Beynəlxalq Ədəbiyyat festivalında “Türk Dünyası Onur medalı”, 2023-cü ildə Azərbaycan Yazıçılar Birliyinin “Humay Milli Mükafatı” və Türkiyə Elmlər Akademiyasının “Uluslararası Altın yıldız” medalı, Qırğızıstan Respublikasının “Çingiz Aytmatov” medalı, Qırğızıstan Təhsil Nazirliyinin “Altın qələm” mükafatı ilə təltif olunub. Onun 2021-ci ildə Azərbaycanda “Sənə məktub yazacam...” adlı ilk kitabı, 2023-cü ildə Türkiyənin Ankara şəhərində “Ay Laçın, can Laçın” adlı ikinci kitabı işıq üzü görüb. “Kimim var ki dağlarda” kitabı Bakıda, “Yarım qalan məktublar” kitabı qardaş Türkiyədə, “Özbəkistanım da Vətənimdir!” kitabı Özbəkistanda, “Salam olsun Qarabağdan Tanrıdağa!” kitabı qardaş Qırğızıstanda nəşrdədir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalq üçün yaşanmış şərəfli ömür yolundan bəhs edən “Əsrin qəhrəmanı olan komandan” və “Əsrə bərabər 20 il” kitabları Xuraman Muradovanın Azərbaycan Prezidentinə böyük sevgisinin və vəfa borcunun ifadəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri