Yeni uçot qaydaları əlavə vergi yaradacaqmı? VİDEO
Icma.az сообщает, что по информации сайта Day.az.
Gələn il yanvarın 1-dən Azərbaycanda ev təsərrüfatlarının uçotu yeni qaydalarla aparılacaq. Belə ki, təsərrüfatlarda istehsal olunan süd və yumurtanın yalnız satışa çıxarılan deyil, ailənin şəxsi istifadəsinə sərf olunan hissəsi də qeydə alınacaq. Həmçinin evlərdəki kompüter, planşet və digər elektron cihazların sayı, internetə qoşulma üsulu barədə məlumat toplanacaq.
Day.Az xəbər verir ki, yeniliklər sakinlər arasında bir sıra suallar yaradıb. Vətəndaşlar toplanan məlumatların hansı məqsədlə istifadə olunacağını və bunun gələcəkdə əlavə vergi öhdəliyi yaradıb-yaratmayacağını düşünürlər. Xüsusilə kənd sakinləri və fermerlər gündəlik istehlakın necə hesablanacağı ilə bağlı narahatdırlar. Onların sözlərinə görə, yumurta və südün bir hissəsi ailə daxilində istifadə olunur, məhsulun miqdarı isə xəstəlik, itki və digər səbəblərdən dəyişə bilər.
İqtisadçı Emin Qəribli bildirir ki, yeni uçot qaydalarının məqsədi əhalini əlavə vergilərə cəlb etmək deyil. Toplanan məlumatlar ölkənin real istehsal və ərzaq təhlükəsizliyi potensialını qiymətləndirmək, eləcə də dövlət dəstəyini düzgün planlaşdırmaq üçün vacibdir. Bununla belə, şəxsi istehlaka yönəldilən südün və yumurtanın dəqiq necə hesablanacağı hələlik aydın deyil.
Ətraflı "Xəzər TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Другие новости на эту тему:
Просмотров:122
Эта новость заархивирована с источника 11 Ноября 2026 15:18 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















