Zəfər Günü Krivoy Roqda qeyd olunub
Icma.az передает, что по данным сайта Day.az.
Ukraynanın Krivoy Roq şəhərində fəaliyyət göstərən "Azərbaycan Diasporu" təşkilatının təşəbbüsü ilə 8 Noyabr - Zəfər Gününə həsr olunan bayram tədbiri keçirilib.
Day.Az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, tədbirdə şəhər hərbi administrasiyasının sədr müavini Viktoriya Samoylenko, Azərbaycan əsilli tanınmış yazıçı Qriqoriy Hüseynov, ictimaiyyət və diaspor nümayəndələri iştirak ediblər.
Viktoriya Samoylenko Azərbaycan xalqını Zəfər bayramı münasibətilə təbrik edib, Azərbaycan-Ukrayna münasibətlərinin dostluq və qarşılıqlı hörmət əsasında inkişafda olduğunu vurğulayıb. O, göstərilən siyasi dəstək və humanitar yardımlara görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.
"Azərbaycan Diasporu" təşkilatının sədri Kəmaləddin Ağayev Zəfər Gününün xalqımız üçün qürur mənbəyi olduğunu deyib. Sədr Azərbaycanın bu Qələbə ilə ərazi bütövlüyünü bərpa etdiyini, hazırda Qarabağda genişmiqyaslı yenidənqurma və "Böyük Qayıdış" prosesinin həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda Zəfər Gününə həsr olunan film nümayiş etdirilib.
Другие новости на эту тему:
Просмотров:85
Эта новость заархивирована с источника 14 Ноября 2025 19:50 



Войти
Новости
Погода
Магнитные бури
Время намаза
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















