500 dən çox səyyah Qarabağa səfər edib
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu günə kimi 500 dən artıq səyyah Qarabağa səfər edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu sözləri səyyahların Cəbrayıla təşkil olunmuş səfəri çərçivəsində səyahətçilərin Azərbaycana səfərinin təşkilatçısı Mehrac Mahmudov media nümayəndələrinə bildirib.
"Demək olar ki, indiyə qədər 500-dən çox səyahətçi gəlib Qarabağa. Bu gün isə növbəti 30 səyahətçi gəlib. Ümumi 14 ölkədən gəlib səyahətçilər. Onların içində 9 nəfəri dünyanın hər yerini gəzmiş səyahətçidir. Biz əsasən ərazilərimizi gəzib göstəririk və orada gedən quruculuq bərpa işləri ilə səyahətçiləri tanış edirik. Eyni zamanda Azərbaycanda Qarabağda nə qədər minalı ərazilər var o haqqında səyahətçiləri məlumatlandırırıq. Gəzdikləri gördükləri hər bir yer haqqında çoxlu sual verirlər və hər bir sualı da cavablandırırıq. Bəli səyahətçilər də təəssüfləndirdiklərini bildiririrlər ki, bir balaca sahədə nə qədər mina basdırılıb. Siz bilirsiniz ki, səyyahlarla turistlərin fərqi ondadır ki, planlı şəkildə gəlib gəzirlər və həyatlarını buna həsr edirlər. Adi turistlər isə istədiyi yeri gəzirlər", - o, qeyd edib.


