Icma.az
close
up
RU
Beynin bioloji yaşı uzunömürlülüyü müəyyən edir ARAŞDIRMA

Beynin bioloji yaşı uzunömürlülüyü müəyyən edir ARAŞDIRMA

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 11 iyul, AZƏRTAC

Stanford Universitetinin alimləri orqanların bioloji yaşını müəyyən etməyə imkan verən yeni üsul hazırlayıblar. Araşdırmaya görə, orqanların, xüsusilə də beynin bioloji yaşı insanın ömür uzunluğu və müxtəlif xəstəliklərə tutulma riski ilə sıx bağlıdır.

AZƏRTAC “NEWS Medical” saytına istinadla xəbər verir ki, professor Tony Vyss-Coray və komandası tərəfindən aparılan araşdırma “Nature Medicine” jurnalında dərc olunub. Alimlər 40-70 yaş arasında 44 min 498 nəfərin qan nümunələrini analiz edərək 11 orqan sisteminin, beyin, ürək, böyrəklər, qaraciyər, ağciyər, immun sistemi və s. bioloji yaşını təyin edən zülal imzaları hazırlayıblar. Bu zülalların səviyyəsi orqanların sağlamlıq vəziyyəti haqqında məlumat verir.

Məlum olub ki, bəzi insanların müəyyən orqanları xronoloji yaşlarından xeyli daha yaşlı və ya gənc ola bilər. Tədqiqatda iştirak edənlərin üçdə birində ən azı bir orqan normadan 1.5 standart sapma ilə ya daha yaşlı, ya da daha gənc kimi qeydə alınıb.

Araşdırmanın diqqətçəkən nəticələrindən biri beynin bioloji yaşının ömür uzunluğunun ən güclü göstəricisi olmasıdır. Bioloji olaraq “həddindən artıq yaşlı” beyin Alsheymer xəstəliyi riskini üç dəfə artırır. Digər tərəfdən, “həddindən artıq gənc” beyin bu riski əhəmiyyətli dərəcədə azaldır. Ümumilikdə, yaşlı beyinə sahib olan şəxslərin 15 il ərzində ölüm riski 182 faiz daha yüksək olub. Vyss-Coray bildirir ki, bu üsul gələcəkdə müxtəlif xəstəliklərin proqnozlaşdırılması və qarşısının alınması üçün istifadə oluna bilər. Həddindən artıq yaşlanmış orqanlara erkən müdaxilə edilməklə xəstəliklər başlamadan qarşısı alına bilər. Bu yanaşma, tibbin gələcəyində “xəstəlikdən sonrakı müalicə”dən “xəstəlikdən əvvəlki profilaktika”ya keçidi mümkün edə bilər. Hazırda bu analiz yalnız tədqiqat məqsədləri üçün istifadə olunur. Lakin alimin sözlərinə görə, bu texnologiya yaxın 2-3 il ərzində kommersiya məqsədilə də əlçatan ola bilər. Vyss-Coray, həmçinin “Teal Omics” və “Vero Bioscience” şirkətlərinin həmtəsisçisidir və bu texnologiyanın kommersiyalaşdırılması planları üzərində işləyir.

Tədqiqat ABŞ Milli Sağlamlıq İnstitutları, Süd Yolu Fondu və Stanford Alzheimer Xəstəlikləri Araşdırma Mərkəzi tərəfindən maliyyələşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 07:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri