ABŞdə meşə yanğınına görə 14 yaşlı uşaq saxlanılıb
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
ABŞ-nin Nyu Cersi ştatında oktyabrın 30-da baş vermiş meşə yanğınında 52 hektar ərazi yanaraq külə dönmüşdü. Polisin verdiyi açıqlamada yanğının nəzarət altına alınmasının günlərcə sürdüyü bildirilib.
Xalqcebhesi.az-ın Türkiyənin “ensonhaber.com” saytına istinadən xəbərinə görə, yanğının baş vermə səbəbi ilə bağlı sübutlar toplandıqdan sonra 14 yaşlı uşaq şübhəli şəxs qismində saxlanılıb.
Məlumatda yanğının ətrafdakı yaşayış məntəqələri üçün təhlükə yaratmadığı bildirilsə də, ancaq bölgədə ciddi ekoloji fəsadlar törətdiyi və yaşayışa mənfi təsir etdiyi vurğulanıb.





Türkiyədə meşə yanğınına görə iki nəfər saxlanılıb
12 İyul 2025 14:33
ABŞdə avtomobil dayanacağında dörd yaşlı uşaq güllələnib
27 Dekabr 2024 05:24
ABŞdə meşə yanğınları 1,3 min hektar...
08 Yanvar 2025 11:44
ABŞdə meşə yanğınlarını törədən həbs edilib
10 Yanvar 2025 12:46

