Afrika təmsilçisi Bakıdakı dünya çempionatında qələbə qazanıb
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir qarşılaşma keçirilib.
"Report"un məlumatına görə, B qrupunda II turun oyununda Rumıniya və Çad milliləri üz-üzə gəliblər.
Milli Gimnastika Arenasında reallaşan qarşılaşma Afrika təmsilçisinin qələbəsi ilə bitib - 4:2.
Qrupun bu gün baş tutmuş digər matçında Fransa Özbəkistanla bərabərə qalıb - 3:3.
Fransa ilk görüşdə Çadı məğlub edib - 1:0. Özbəkistan millisi isə Rumıniyaya 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
"Cebheinfo.az"

Bakıdakı dünya çempionatında azarkeş rekordu
30 May 2025 14:02
Bakıdakı dünya çempionatında daha 8 oyun
24 May 2025 09:12
Azərbaycan təmsilçisi dünya çempionatında gümüş medal qazanıb
12 Noyabr 2024 19:16
Rəhimovanı Bakıdakı Avropa çempionatında gözləyək?
11 Fevral 2025 18:07
Bakıdakı dünya çempionatında 1 günə 42 qol vuruldu
25 May 2025 00:29

