Ağsuda “Vəlxan” kafesində nöqsanlar aşkarlanıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 9 iyul, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağsu şəhəri, Bakı-Qazax şosesi 157-ci kilometr ünvanında fəaliyyət göstərən, fiziki şəxs Vəlxan Burxan oğlu Rəsulova məxsus “Vəlxan” kafesində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb və rəhbəri barəsində inzibati tədbir görülüb.

