Aİ nin əhalisi 450 milyonu aşdı
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa İttifaqına (Aİ) üzv 27 ölkənin ümumi əhalisi 2025-ci il etibarilə 450,4 milyona çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Avropa Statistika İdarəsi (Eurostat) yayıb.
Rəsmi açıqlamaya əsasən, 2024-cü ilin əvvəlində 449,3 milyon olan Aİ əhalisi bir il ərzində 1,1 milyon nəfər artaraq 2025-ci il yanvarın 1-nə 450,4 milyona yüksəlib.
Ən çox əhaliyə malik ölkə 83,6 milyon nəfərlə Almaniya olub. Onu 68,6 milyonla Fransa, 58,9 milyonla İtaliya, 49,1 milyonla İspaniya, 36,5 milyonla Polşa, 19 milyonla Rumıniya, 18 milyonla Niderland və 11,9 milyonla Belçika izləyib.
Əhalisi ən az olan Aİ ölkələri isə 574 min nəfərlə Malta və 681 min nəfərlə Lüksemburq olub.
Qeyd olunur ki, Aİ əhalisi 2021-ci ildə COVID-19 pandemiyasının təsiri ilə azalmışdı. Lakin son 4 ildə əhali sayı davamlı şəkildə artmaqdadır. Bu artımın əsas səbəblərindən biri pandemiya sonrası dövrdə miqrasiya axınlarının güclənməsidir.
Nuriyyə NATİQQIZI


