Beşinci kolon”: ““Sputnik Azərbaycan”da işləyənlərin...”
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Azərbaycanın Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edərək "Sputnik Azərbaycan" ölkədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialı kimi fəaliyyət göstərdiyini bildirib.
Müraciətdə son illər Rusiya Federasiyasının xarici siyasi təsir aləti kimi kütləvi informasiya vastiələrindən daha fəal istifadə etməyə başladığı bildirilir:
""Sputnik Azərbaycan"ın rəhbəri İqor Kartavıx və şef-redaktoru Yevgeni Belousovun həbsi açıq məktubda irəli sürülən iddiaların əksinə olaraq onların jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.
Xüsusilə vurğulamaq lazımdır ki, adıçəkilən şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq ediblər və Azərbaycanda məhz jurnalist fəaliyyətindən kənar tapşırıqları yerinə yetirmək məqsədilə olublar. Bu baxımdan onların saxlanılması qüvvədə olan qanunvericiliyə tam uyğun şəkildə və hüquqi çərçivədə atılmış qanuni addımdır”.
Məsələ ilə bağlı millət vəkili Arzuxan Əlizadə "Cebheinfo.az"-a bildirib ki, Azərbaycanın Mətbuat Şurasının beynəlxalq ictimaiyyətə müraciəti təəccüblü deyil:
"Çünki Rusiya bütün spektrlarda işləyən insanlarını yalnız özünün kəşfiyyat xarakterli fəaliyyətinə yönəltmək istiqamətində həmişə addımlar atıb.
"Sputnik Azərbaycan"da işləyənlərin də Rusiya Federal Xidmət orqanlarına çalışdığı istintaq orqanlarına məlum olub ki, onunla bağlı lazımi ölçü götürülüb.
Təəssüflər olsun ki, Rusiya hələ də köhnə, imperiya siyasəti yürütməkdədir. Ən azı keçmiş postsovet məkanında olan ölkələri hansısa formada öz təsir dairəsində saxlamaq üçün addımlar atılır.
Təbii ki, bununla bağlı dünya ictimaiyyətinin məlumatı var. Növbəti bu cür məlumatların bizim tərəfimizdən verilməsi yerindədir. Çünki mütəmadi olaraq Rusiyanın bu cür fəaliyyəti ifşa edilməlidir və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır.
Bu baxımdan Azərbaycanın Mətbuat Şurasının beynəlxalq ictimaiyyətə müraciətini yerində hesab edirəm. Xüsusilə də son baş verən hadisələr fonunda bu məsələlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır və Rusiyanın heç də digər dövlətlərə dost olmayan münasibəti ifşa edilməlidir. Məhz beynəlxalq ictimaiyyət mütəmadi olaraq məlumatlandırılmalıdır".
Nigar Abdullayeva
"Cebheinfo.az"
Açar sözlər: "Beşinci kolon” “Sputnik Azərbaycan” Arzuxan Əlizadə


