Icma.az
close
up
RU
Deputat: Əbu Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

Deputat: Əbu Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilmiş ikitərəfli görüş regionda sülh prosesinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.

Bu sözləri AZƏRTAC-a Milli Məclisin deputatı Sevinc Hüseynova açıqlamasında bildirib.

Deputat qeyd edib ki, bu görüşün əsas fərqləndirici cəhəti onun vasitəçilərsiz, birbaşa ikitərəfli formatda baş tutmasıdır. Bu isə tərəflərin artıq birbaşa dialoqa hazır olduqlarını və problemin həllində qarşılıqlı siyasi iradənin formalaşdığını nümayiş etdirir.

S.Hüseynovanın sözlərinə görə, Prezident İlham Əliyev hər zaman məhz belə bir formatda – vasitəçilərsiz və ikitərəfli danışıqların tərəfdarı olub və bu istiqamətdə təşəbbüslərlə çıxış edib. Əbu-Dabi görüşündə sərhədlərin delimitasiyası və sülh müqaviləsinin mətninə dair razılaşdırılmış məsələlər kimi konkret nəticələrin əldə olunması bu yanaşmanın praktik və nəticəyönümlü olduğunu bir daha sübut edir.

“Görüşün Birləşmiş Ərəb Əmirliklərində neytral və hər iki ölkə ilə normal münasibətləri olan bir məkanda keçirilməsi də təsadüfi deyil. BƏƏ heç vaxt tərəflərdən birinin yanında yer almayıb, əksinə, dostluq və tərəfdaşlıq prinsipləri əsasında danışıqlar üçün əlverişli mühit yaradıb”, – deyə o vurğulayıb.

Deputat bildirib ki, bu görüşün obyektiv və gərginlikdən uzaq atmosferdə baş tutması mühüm irəliləyişlərə zəmin yaradıb: “Artıq aydın şəkildə görünür ki, Azərbaycanla Ermənistan arasında vasitəçiyə ehtiyac getdikcə azalır. Birbaşa təmaslar və bu təmaslardan doğan razılaşmalar sülhə aparan daha optimal və dayanıqlı bir yol kimi çıxış edir”.

Sevinc Hüseynova qeyd edib ki, Əbu-Dabi görüşündə əldə olunan razılaşmalar əsasında artıq sərhədlərin müəyyən olunması prosesi üzrə dövlət komissiyalarına müvafiq tapşırıqlar verilib. Eyni zamanda, kommunikasiya xətlərinin açılması, nəqliyyat əlaqələrinin bərpası və dövlətlərarası münasibətlərin normallaşdırılması sahəsində də mühüm irəliləyişlər əldə olunub.

“Sülh danışıqları uzun illər ABŞ, Avropa İttifaqı və Rusiya kimi üçüncü tərəflərin vasitəçiliyi ilə aparılsa da, bu zaman onların prosesə öz maraqlarını daxil etməsi müşahidə olunurdu. Əbu-Dabi görüşü isə göstərdi ki, birbaşa, ikitərəfli format daha səmərəli, çevik və real nəticəyə yönəlmiş yanaşmadır”, – deyə o bildirib.

S.Hüseynova əminliklə qeyd edib ki, bu kimi birbaşa təmaslar davamlı sülhün təmin olunmasına aparan ən real yoldur: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda sabitlik, qarşılıqlı əməkdaşlıq və qalıcı sülh təşəbbüskarı kimi çıxış edir. Azərbaycanın mövqeyi aydındır – regionda bütün fundamental məsələlər öz həllini tapmalı, əməkdaşlığa əsaslanan yeni münasibətlər sistemi formalaşdırılmalıdır”, – deyə deputat əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyul 2025 04:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see133

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri