Çalhanoğlunun uğurlu seriyası qırıldı
Icma.az, Apasport saytına istinadən bildirir.
"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu uzun müddətdən sonra ilk dəfə penaltini qola çevirə bilməyib.
Apasport.az xəbər verir ki, türkiyəli futbolçu "Napoli" ilə matçın 74-cü dəqiqəsində penalti qazansa da, onun zərbəsi qeyri-dəqiq olub.
Çalhanoğlu "İnter"də çıxış etdiyi müddətdə ardıcıl 19 penaltini qola çevrirə bilib. “Napoli” matçında buraxılan penalti Hakan üçün “İnter” karyerasında bir ilk olub.
Karyerası boyunca cəmi 35 penalti zərbəsi yerinə yetirən Çalhanoğlu onlardan 31-ni qola çevirərək, təxminən 88,57% uğur qazanıb.
Qeyd edək ki, cari mövsümdə Çalhanoğlu bütün turnirlərdə “neradzurri”nin heyətində 12 matçda 4 qol vurub.

Çalhanoğlunun gələcəyi dəqiqləşdi
10 İyul 2025 12:34
Çalhanoğlunun son durumu bəlli olub
22 Noyabr 2024 12:57
İnter Çalhanoğlunun qarşısına şərt qoydu
11 İyul 2025 03:54
Hakan Çalhanoğlunun davranışı azarkeşi xilas edib
17 Mart 2025 18:35
Amorimin seriyası qırıldı
05 Dekabr 2024 09:17

