Cica “Qarabağ”dan ayrıldı yeni klubu da məlumdur
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Qarabağ”ın futbolçusu Redon Cica “SSPA Şabab Riadi Beluizdad” klubuna transfer olunub.
Futbolpress.az xəbər verir ki, bu barədə “atlılar”ın mətbuat xidməti məlumat yayıb. 26 yaşlı albaniyalı hücumçu Əlcəzair klubu ilə müqavilə imzalayıb.
2023-cü ilin yanvarından komandanın formasını geyinən forvard 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 assistə imza atıb.

