Maka Boçorişvili: Azərbaycan, Türkiyə və Gürcüstan regionun inkişafında mühüm rol oynayırlar
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tbilisi, 13 iyul, AZƏRTAC
Regionun tranzit potensialının inkişafında Azərbaycan, Türkiyə və Gürcüstan mühüm rol oynayırlar. Bu üç strateji tərəfdaş ölkələr olmadan regionun tranzit potensialından danışmağa dəyməz.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “Dubrovnik 2025” Forumunda panel müzakirədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, üç ölkə energetika və nəqliyyat sahələrində çox mühüm layihələr həyata keçirirlər. Bu bir daha sübut edir ki, ölkələrimiz arasında mükəmməl əməkdaşlıq və strateji tərəfdaşlıq mövcuddur.
Gürcüstan XİN rəhbəri deyib: “Əməkdaşlığımız bununla məhdudlaşmır. Bizim böyük potensialımız var, Mərkəzi Asiya və Şərq ölkələri ilə birgə yalnız Avropa üçün deyil, regionun özü üçün də çox vacib olan Orta Dəhlizin təşviqi üzərində iş aparırıq. Düşünürəm ki, digər tərəfdaş ölkələr bu işdə bizi dəstəkləməlidirlər".
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 13 İyul 2025 07:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















